Paşinyan bu dəfə Rusiya sərhədçilərini və KTMT missiyasını Azərbaycanla sərhədə çağırdı

29 iyul, 2021 13:29

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycanla sərhəddəki vəziyyət haqda danışıb.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat verib. Paşinyan “bütün sərhəd boyu” Rusiya sərhədçilərinin postlarının üstəlik KTMT missiyasının yerləşdirilməsinə çağırıb.

“İndiki situasiyada hesab edirəm ki, Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin dayaq məntəqələrinin yerləşdirilməsi məsələsinə baxılması məqsədəuyğundur. Bu, döyüş toqquşmaları riski olmadan sərhədlərin delimitasiyasını və demarkasiyasını həyata keçirməyə imkan yaradacaq”,- Paşinyan deyib.

O bildirib ki, məsələni rusiyalı həmkarlarla müzakirə etməyi planlaşdırır.

Habelə Paşinyan KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədi boyu yerləşdirilməsini təklif edib. Onun fikrincə, belə imkan təşkilatın hüquqi sənədlərində nəzərdə tutulub. “Əgər KTMT tərəfindən belə missiyanın həyata keçirilməsi mümkün deyilsə bizim üçün başqa beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində formatlar məqbuldur”,-o deyib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan Azərbaycan və Ermənistan qoşunlarının sərhəd boyu güzgü prinsipi ilə geri çəkilməsini, əvəzində Minsk Qrupu həmsədrləri olan ölkələrin hərbi müşahidə missiyasının sərhəddə yerləşdirilməsini təklif etmişdi. Əlbətdə, Azərbaycan bu təklifi heç müzakirə etməyə də ehtiyac bilmədi, çünki Azərbaycan Ermənistandan fərqli olaraq dövlət sərhədlərini özü qoruyur və hazırda da Laçın-Kəlbəcər istiqamətində sovet dövrü xəritələri əsasında öz sərhədlərində möhkəmlənib.

Lakin Paşinyanın bu təklifi irəli sürməkdə məqsədi əlbətdə ki, Rusiyanın Ermənistanın sərhədlərinin təhlükəsizliyini qoruya bilmədiyini, yaxud bunu istəmədiyini ictimaiyyətə göstərmək idi. Və digər tərəfdən Paşinyan sərhəddə vəziyyəti gərginləşdirməklə Ermənistanın Qərbdəki dostlarının hərbi qüvvələrinin regiona gətirilməsini hesablamışdı. Bir halda ki, Rusiya qüvvələri və KTMT Ermənistanı Paşinyanın hesab etdiyi kimi, “Azərbaycan ordusunun sərhədi keçməsindən” müdafiə etmir, deməli ABŞ və Fransa qüvvələrinin sərhəddə yerləşdirilməsindən başqa yol qalmır.

Bu plan isə baş tutmadı. İndi göründüyü kimi, Paşinyan öz strategiyasına bir qədər düzəliş edib-o, Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarının yerləşdirilməsinə və eyni zamanda KTMT-nin monitorinq missiyasının sərhəd boyu müşahidə aparmasına çağırır. Və dərhal da əlavə edir-əgər KTMT bu missiyanı həyata keçirmək istəmirsə Ermənistan “başqa beynəlxalq formatlara” üz tutacaq.

Əlbətdə, sərhəddə Paşinyanın hesab etdiyi kimi, Rusiya sərhəd qoşunlarının yerləşdirilməsi təkcə erməni tərəfinin istəyi ilə baş tuta bilməz. Bunun üçün Azərbaycan tərəfinin də razılığı lazımdır və artıq qeyd edildiyi kimi, Azərbaycan öz sərhədlərini hansısa xarici hərbi qüvvələrin nəzarətinə vermək niyyətində deyil, bu sadəcə olaraq müzakirəyə belə layiq olmayan ideyadır. Deməli Paşinyanın əsl niyyəti Rusiya sərhədçilərinin sərhədə nəzarəti ələ alması deyil, əslində regionda Rusiyanın sülhyaratma missiyasının uğursuz olduğunu göstərmək və qərb ölkələrinin regionda hərbi iştirakına zəmin hazırlamaqdır. Sərhəddə tez-tez baş verən təxribatların da səbəbini bu "strategiyada" axtarmaq lazım gəlir...

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"