"Əgər Dağlıq Qarabağın statusu dəqiqləşsə Rusiya Cənubi Qafqazdan gedəcək..."

30 iyul, 2021 23:34

Ötən gün ATƏT-in ötən il noyabrın 10-dan, yəni 44 günlük Qarabağ müharibəsinin Ermənistanın təslim olması ilə başa çatmasından və nəticədə münaqişənin hərbi yolla həllindən sonra işsiz qalmış Minsk Qrupu sərhəddə son günlər yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış etmişdi. Minsk Qrupunun həmsədrləri bildirdilər ki, tərəflər gərək əldə edilmiş razılaşmalara, o cümlədən atəşkəsə dair razılaşmaya əməl etsinlər. Və yenidən Minsk Qrupunun vasitəçiliyi altında danışıqlar masasına qayıtsınlar. “Münaqişənin yekun həlli” üçün...

Müharibədən və münaqişənin hərbi yolla həllindən sonra Minsk Qrupunun Qərbdən olan həmsədrləri ABŞ və Fransanın regionda hansısa formada özlərinə yer eləmək üçün yenidən bu formatı reanimasiya etmək cəhdləri yeni deyil. Lakin bəyanata 10 noyabr üçtərəfli razılaşmasının qarantı olan Rusiyanın Minsk Qrupundakı təmsilçisi də imza atıb. Çünki Rusiya hələ Minsk Qrupunun həmsədri kimi qalır. Yəni bir tərəfdən Rusiya münaqişənin başa çatdığını həm prezident Vladimir Putin, həm digər rəsmilər səviyyəsində dəfələrlə bildirir. Bir tərəfdən isə tərəfləri “münaqişənin yekun nizamlanması” üçün yenidən Minsk Qrupunun vasitəçiliyi altında danışıqlara çağırır.

Üstəlik məlum oldu ki, Rusiya Minsk Qrupundakı həmsədrini dəyişib, İqor Popovun yerinə Rusiyanın Marşall Adları və Polineziyadakı keçmiş səfiri İqor Xovayev təyin olunub.

Bəs Ermənistanda Minsk Qrupu həmsədrlərinin son bəyanatı və onların tərəfləri “Dağlıq Qarabağın statusu” kimi məsələlərə dair yenidən danışıqlara çağırması barədə nə düşünürlər?

Politoloq Stepan Danielyan özünün Facebook səhifəsində yazır: “Minsk Qrupu, daha dəqiqi həmsədr ölkələrin nümayəndələri deyəndə ki, münaqişə hələ nizamlanmayıb və Dağlıq Qarabağın statusu hələ dəqiqləşdirilməyib, Ermənistanda çoxları buna ciddi ümid bəsləyir. Hesab edir ki, söhbət Dağlıq Qarabağın tanınmasından gedir. Yaxud ola bilsin bəziləri statusun dəqiqləşdirilməsi adı altında bunun tam tərsini başa düşür: dəqiqləşdirilsin ki, Azərbaycanın tərkibində qalsın, yəni məsələ birdəfəlik bağlansın. Mənanı izah edirəm: Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi Rusiyanın Cənubi Qafqazda iştirakı ilə qarşılıqlı şəkildə bağlıdır. Əgər bu və ya digər şəkildə Dağlıq Qarabağın statusu dəqiqləşdirilərsə o zaman Rusiya da Cənubi Qafqazdan gedər, onun burada daha görməyə nəsə işi qalmayacaq. Və ola bilsin, gələcəkdə Orta Asiyada da təsirini itirəcək, habelə daha sonra cənubunda problemlərlə üzləşəcək. Dağlıq Qarabağın statusunun geosiyasi əhəmiyyəti bax belədir. Dağlıq Qarabağın statusunu dəqiqləşdirmək  Qafqazda Rusiya məsələsini həll etmək deməkdir. Bu mənada, təkrar edirəm, kimin hansı status haqda danışması böyük sualdır. Mən məsləhət görərdim ki, səfirlər statusun dəqiqləşdirilməsi haqda danışanda onlardan soruşsunlar: bununla nəyi nəzərdə tuturlar və onların bunda maraqları nədir?

P.S. Diplomatik dildə təkcə danışılanlar mühüm deyil, daha mühüm olanı barəsində danışılmayanlardır”

 Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz çıxışlarında bir neçə dəfə “Dağlıq Qarabağın (Azərbaycanın tərkibində bu adda inzibati ərazi vahidi yoxdur,-red.) statusunun gələcəkdə, “tərəflər arasında qarşılıqlı etimad və normal münasibətlər yaranandan sonra” müzakirə edilə biləcəyini deyib...

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"