Lukaşenko müxalifət lideri Tixanovskayanı söydü - "Bizdən 15 min dollar alıb getdi, əclaf qadın..."

31 iyul, 2021 10:58

Belarus prezidenti Aleksandr Lukaşenko müxalifət lideri və prezidentliyə keçmiş namizəd, hazırda mühacirətdə olan Svetlana Tixanovskayanı söyüb, onu “əclaf qadın” adlandırıb.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Lukaşenko ötən gün ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məmurlarla keçirdiyi toplantıda Tixanovskayanın uşaqları ilə təhdid edildiyi üçün Belarusu tərk etməyə məcbur olduğu haqda iddiaların yalan olduğunu deyib.

Lukaşenkonun bu mövzu haqda danışması Tixanovskayanın Ağ evdə ABŞ prezidenti Cozef Baydenlə görüşündən sonraya təsadüf edib. Müxalifət lideri bir neçə gündür ABŞ-da səfərdədir və daha əvvəl dövlət katibi Entoni Blinken də daxil olmaqla administrasiyanın bir çox üzvləri ilə görüşüb.

“Bunu mən bu gün məruzədə oxumuşam ki, guya onu Belarusu tərk etməyə məcbur ediblər, hədələyiblər ki, uşaqlarını oğurlayarıq və daha nələr. Qulaq asın, uşaqlar mənim üçün həmişə qırmızı xətdir və siz bunu bilirsiniz. Uşaqlar valideyinlərinə görə bax belə məsuliyyəti bölüşməli deyil ki, mən Litvaya gedirəm, uşaqları da götürürəm. Əgər siz onları ora aparmısınızsa, onda müdafiə edin”,-Belarus prezidenti bildirib.

Lukaşenko onu da deyib ki, müxalifətçi qadın şəxsən Belarus prezidenti yanında operativ-analitik mərkəzin rəisi Andrey Pavlyuçenkoya müraciət edərək ölkədən çıxışa icazə istəyib və maliyyə yardımı xahiş edib. Lukaşenkonun sözlərinə görə, Tixanovskayaya 15 min dollar veriblər və Litvaya getməyinə imkan yaradıblar. “Və indi o deyir ki, təhdid olunub, uşaqlarını əlindən almaq istəyiblər və daha nələr. Əclaf qadın!”,-Lukaşenko deyib.

Bundan əvvəl Tixanovskaya demişdi ki, 2020-ci ilin avqustunda prezident seçkilərindən sonra Belarusdan getməsinə təəsüflənir. O, bunun yanlış qərar olduğunu deyib. Bununla belə, Tixanovskaya bildirib ki, həmin vaxt belaruslular özləri kütləvi aksiyalara hazır deyildilər və heç bir koordinasiya strukturları yox idi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"