"Leksikonu "yaramaz", "alçaq", "əclaf" kimi söyüşlərlə zəngin olan   bu üzdəniraq..."

01 avqust, 2021 11:07

"Dünya siyasət tarixində xarakter etibarı ilə qəribə, bəzən də təəccüb doğran siyasi fiqurlar olub, amma bu tip siyasətçilər heç vaxt lider səviyyəsinə yüksəlməyiblər. Nadir hallarda yüksələnlərin isə liderlik ömrü qısa olub və biabırçılıqla sonlanıb. Rusiya siyasətində illərdir yalnız qəribəliyi ilə deyil, tərbiyəsizliyi ilə tanınan bir siyasi partiya rəhbəri var - Jirinovski. Leksikonu “yaramaz”, “alçaq”, “əclaf” və məşhur rus söyüşləri ilə zəngin olan bu üzdəniraq siyasətçinin hələ də partiya rəhbəri kimi fəaliyyət göstərməsi anormal hal sayılsa da, reallıq odur ki, o Rusiya Dövlət Dumasında təmsil olunan bir partiyanın sədridir, parlament üzvüdür".

Azsiyaset.com modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov Jirnovskinin Azərbaycanla bağlı sərsəm açıqlamalarına münasibət bildirərkən deyib:

"İllər öncə məşhur müğənni Alla Puqaçova ona belə bir sual verdi: ”Sizin bu cür davranışınıza yuxarıdanmı icazə verirlər?” Bu sual bir çox mətləblərin mahiyyətini əks etdirir, o cümlədən bəzi Kreml siyasilərinin danışan dili kimi xarakterizə olan Jirinovskinin də. İndi də öz leksikonundakı söyüşlərin hamısına layiq olan bu şizofren siyasətçi bizə hədələyici tonda ağıl verməyə girişib. Bütün fəaliyyəti Rusiya imperiyasının itirdiyi postsovet respublikaları yenidən Rusiyaya qatmaqdan ibarət olan bu xəstə təfəkkürlü siyasətçiyə bir daha xatırlatmaq lazımdır ki, tarixin təkərini geri döndərmək mümkün deyil. Azərbaycan müstəqilliyini qazanıb, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını düşməndən azad edib və müstəqillik yolunda uğurlu siyasətini davam etdirir. Azərbaycanın ərazisi bir daha düşmən tapdağında olmayacaq, Jirinovski və qonşu ölkənin onun kimi düşünən başqa siyasiləri də anlamalıdırlar ki, 44 günlük müharibənin qalibi olan Azərbaycan xalqı ilə bu zəfərin memarı, müzəffər Ali Baş Komandan arasında elə bir birlik yaranıb ki, onu hansısa böyük dövlətin başçısının istəyi ilə dağıtmaq mümkün deyil. Jirinovskilərin arzusu dilində və gözündə qalacaq və Rusiya Federasiyası rəhbərləri də bu başabəla siyasətçinin iki dövlət arasında olan münasibətlərə yalnız zərər vurduğunun fərqində olmalıdırlar."

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"