"Vladimir Jirinovski doğurdan da təlxək və tuladır" - Musa Quliyev

01 avqust, 2021 17:51

Rusiya siyasi dairələrində özünün məsuliyyətsiz çıxışları, qeyri- adekvat davranışları ilə siyasi təlxək kimi tanınan Vladimir Jirinovski yenə də sarsaqlamışdır. “Radio Komsomolskaya pravda” radiosuna verdiyi müsahibəsində yenə də qalmaqallı fikirlər söyləyən, müxtəlif ölkələrə böhtan atan, hədyanlar söyləyən bu siyasi avantyurist yenə də köhnəlmiş, imperiyapərəst fikirləri ilə gündəm yaratmağa çalışmşdır”.

Azsiyaset.com xəbər verir ki, bu fikirləri deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (Urud) feysbukdakı şəxsi səhifəsində yazıb.

Komitə rəhbəri qehyd edib ki, siyasi arenada olduğu 30 ilə yaxın bir müddətdə bir dənə də olsun ağıllı, öz ölkəsinə, qonşu dövlətlərə yönəlik faydalı bir fikir söyləməyən bu tip həmişə Rusiyanı dünya ilə üzbəüz qoymağa yönəlik çağrışları ilə radikal- ekstremist kəsimin marağına oynamaqla siyasi divident qazanmağa çalışmış, diqqət mərkəzində olmağı bacarıb: “Hətta ona deyilən “Kremlin təlxəyi” , yaxud “Kremlin tulası” ifadələrini özünün uydurduğu haqqında fikirlər də vardır. Belə ki, bu sərsəm sayıqlamaları ilə guya Rusiya dövlətinin maraqlarını ifadə edirmiş kimi siyasi gərəkli fiqur olduğunu cəmiyyətə sırımaq istəyir. Əslində, bu söz birləşmələrindəki “Kreml” sözünün Jirinovskiyə heç bir bağlılığı və aidiyyəti yoxdur. Kremlin sözünü açıq - aşkar, mərdi - mərdanə cənab Vladimir Putin deyir, və istənilən platformada da müdafiə edir. Hazırda Rusiyanın Kremlin sözünü, davranış və niyyətlərini ölkə içtimaiyyətinə və dünyaya çatdırmağı bacaqan onlarla alimi, politoloqu, filisofu, siyasətçisi, şərhçisi vardır ki, bunlarlarla müqayisədə Vladimir Jirinovski döğrudan da, təlxək və tuladır”.

M.Quliyevin sözlərinə görə, Jirinovskinin çıxışları son vaxtlar əslində, Rusiyaya olan etimadı sarsıtmağa yönəlib: “Jirinovskinin çıxışlarının və çağrışlarının əsas leytmotivi nədir? Neoimperializm, dini, etnik ayrı- seçkilik, türklərə və müsəlmanlara nifrət, Rusiyanın yaxın qonşularına ekspansiya , təcavüz, müharibə, tarixin saxtalaşdırılması, alternativ fikrə dözümsüzlük, təhqir və kobudluq. Dünyanın dəyişən reallıqlarını dərk etmək keyfiyyətlərini itirmiş bu siyasi kloun öz ölçü - biçisiz sayıqlamaları ilə hər şeydən əvvəl Rusiya dövlətinin ciddi imicinə və qonşuluq siyasətinə zərər verməkdədir. Əlbəttə, “it hürər, karvan keçər”, - deyiblər. Jirinovskinin indiyədək bizim ölkəmiz haqqında nə deməsinin bizim fəaliyyətimizə zərrə qədər də təsiri olmadığı kimi, son radio müsahibəsində də dövlətimiz və dövlət başçımız haqqında dediklərinin bir təlxəyin sirk arenasında söylədikləri qədər əhəmiyyəti yoxdur. Amma nə qədər ki, Jirinovski və onin kimi təlxək tulaların psixiatrik ekspertizası aparılmayıb və onların anlaqsızlığı barədə eksrpert qərarı ortada yoxdur, onların davaranışları “siyasi xuliqanlıq” kimi qiymətləndirilməlidir və adekvat tədbir görülməlidir. Bu gün Azərbaycan demoktatik dəyərlər və milli ənənələri üzərində inkişaf edən hüquqi dövlətdir, qonşuları ilə, o cümlədən Rusiya ilə dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibəti olan ölkədir və bölgədə əsas söz sahibi olan oyunçulardan biridir. Əgər ötən illərin arxivinə baxsaq Vladimir Jirinovski Azərbaycanda olarkən özünün bu fikirləri söylədiyini də görə bilərik”.

Komitə daha sonra bildirib: “Bəs Vladimiri dingildədən nədir? Psixiatrik durumu yerində olmayan şəxslərə aid özünü böyütmə maniyası, bağrı badaş olduğu erməni lobbisindən aldığı qonorarlar, Zəfər savaşımızdakı parlaq qələbəmizi həzm edə bilməmək ağrısı, yoxsa içində uzaq gənclik illərindən qalma türkə nifrət hissiyyatı? Hər halda bunun bizim üçün o qədər də önəmi yoxdur. 44 günlük Zəfər müharibəsində Azərbaycanın gücünü hər kəs gördü, Ali Baş Komandanın cəsarətinə və qabiliyyətinə hər kəs valeh oldu, Xalq+İqtidar+Ordu birliyindən yaranmış “Dəmir yumruq” oz tarix sözünü dedi. Və Jirinovski kimi əbləhlər də bilməlidirlər ki, onlar bundan sonrakı davranışlarında nə qədər də siyasi yekəbaşlıq etsələr belə “Dəmir yumruğ” u bir gün başlarının üzərində görəcəklər!”

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI