Türkiyədəki yanğınları törədənlər bəlli oldu - FOTO

02 avqust, 2021 00:08

PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu Türkiyədəki meşə yanğınlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Azsiyaset.com “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, “Atəşin uşaqları” qrupunun sosial şəbəkə hesabında Türkiyənin müxtəlif bölgələrini əhatə edən yanğınların onlar tərəfindən törədildiyi etiraf edilib.

Qeyd edək ki, daha əvvəl Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən PKK üzvləri saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar aparılır.