Rusiya sülhməramlıları erməni zəvvarlara cangüdənlik edir...

02 avqust, 2021 15:21

Ötən həftə ərzində Rusiya sülhməramlı kontingentinin hərbçiləri 1000-dən çox zəvvarı Qarabağdakı Amaras monastır kompleksinə qədər müşayiət ediblər.

Azsiyaset.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün vəzifə zəvvarların təhlükəsizliyini və Amaras monastır kompleksinə müşayiət edilməsini təmin etməkdir. Ziyarətgah demarkasiya xəttinin yaxınlığında yerləşir, buna görə də Rusiya sülhməramlı kontingentindən daimi müşayiət və təhlükəsizlik tələb olunur",- deyə Rusiya sülhməramlılarının sözçüsü Andrey Reznikov bildirib.