Müharibə qızışdı, naməlum silahlılar tankeri ələ keçirdi - İrana tərəf üzür

04 avqust, 2021 10:45

Bu gün avqustun 4-nə keçən gecə naməlum silahlılar Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerinə basqın edərək onu ələ keçiriblər.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə beynəlxalq KİV-lər məlumat yayıb. Hazırda tanker İran istiqamətində üzür.

Xəbərlərə görə, Panama bayrağı altında üzən və  Dubayda mənzillənmiş  “Prime Tankers LLC” şirkətinə məxsus olan “Asphalt Princess” tankerinə hücum Fuceyra limanından 97 kilometr məsafədə həyata keçirilib. “Sky News” Böyük Britaniyanın xüsusi xidmət orqanlarından birinə istinadən bildirir ki, tankerin göyərtəsinə 8, yaxud 9 silahlı şəxs qalxıb. Onlar tankerin naviqasiya sistemini söndürüblər və onu naməlum istiqamətə aparıblar. Daha sonra tankerin Hörmüz boğazına istiqamət aldığı məlum olub.

Gəminin ələ keçirilməsi haqda informasiyalardan dərhal sonra Böyük Britaniya XİN bəyan edib ki, insidentin araşdırılmasına britaniyalı xüsusi təyinatlılar cəlb olunub. Böyük Britaniya baş verənlərdə İranın əlinin ola biləcəyini təxmin edir. “The Times” qəzetinin yazdığına görə Böyük Britaniya xüsusi xidmət orqanlarında gəminin İranın İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri, yaxud İran tərəfindən dəstəklənən silahlı qrup tərəfindən ələ keçirildiyini ehtimal edirlər.

İranın özündə isə bu şübhələrə sərt reaksiya veriblər. İnqilab Keşikçiləri Korpusu gəminin qaçırılmasında əli olduğunu qəti inkar edib.

“Lloyd's List” adlı Britaniya jurnalı isə az əvvəl tankerin İrana tərəf üzdüyünü xəbər verib. Bunu gəmilərin izlənilməsi ilə məşğul olan “Marine Traffic” portalı da təsdiq edir.

Maraqlıdır ki, gəminin qaçırılması ilə eyni vaxtda Birləşmiş Ərəb Əmirliklərinin sahillərində ən azı dörd neft tankerinin heyəti gəmilərin idarəetməsinin naməlum şəraitdə itirildiyi haqda xəbərdarlıq veriblər. Söhbət Qayana bayrağı altında üzən “Quenn Ematha”, Sinqapur bayrağı altında üzən “Golden Brilliant”, Hindistan bayrağı altında üzən “Jag Pooja” və Vyetnam bayrağı altında üzən “Abyss” neft tankerlərindən gedir. Bu gəmilərin mühərrikləri sönüb və peyk trakerləri sıradan çıxıb.

Xatırladaq ki, bundan əvvəl İsrailin “Zodiac Maritime” şirkəti tərəfindən istismar olunan “Mercer Street” neft tankerinə Oman sahillərində bir və ya bir neçə kamikadze-dronla hücum həyata keçirilmişdi. Nəticədə gəmidə yanğın baş verib, iki heyət üzvü həlak olub. İsrail gəmiyə hücumun İran tərəfindən həyata keçirildiyini bildirib, daha sonra bu versiyanı ABŞ və digər qərb ölkələri dəstəkləyiblər və İrana qarşı “kollektiv cavab tədbirlərinin görüləcəyini” bəyan ediblər.

Qeyd edək ki, daha əvvəl İsrail kəşfiyyatının beynəlxalq sularda İran neftini daşıyan tankerlərə seriya hücumlar həyata keçirdiyi, nəticədə bu tankerlərin mənzil başına çata bilmədiyi və başqa limanlara yan aldığı, İranın milyardlarla dollar ziyana düşdüyü məlum idi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"