Qərb ölkələri Rusiyanı separatçı bölgələri tanımaq qərarını geri çəkməyə, qoşunlarını çıxartmağa çağırdı - Bəs Moskva nə cavab verdi?

05 avqust, 2021 11:07

Bir neçə Qərb ölkəsi, o cümlədən ABŞ. Böyük Britaniya və Fransa birgə bəyanat yayaraq Rusiyanı Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımaq barədə qərarını geri çəkməyə, habelə bu regionlardan qoşunlarını çıxartmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasında 2008-ci ilin avqust hadisələrinin 13 illiyi ilə bağlı yayılmış bəyanatda bildirilir: “Bu gün biz bir daha Rusiya Federasiyasını ləngimədən öz qoşunlarını və təhlükəsizlik qüvvələrini çıxartmağa, habelə Gürcüstan ərazilərindəki Cənubi Osetiya və Abxaziyanın qondarma müstəqilliklərinin tanınmasına dair qərarına yenidən baxmağa çağırırıq”.

Bəyanatı habelə BMT Təhlükəsizlik Şurasında təmsil olunan Estoniya, İrlandiya və Norveç, o cümlədən tezliklə orada təmsil olunacaq Albaniya da imzalayıblar. Bəyanatda Rusiyanın Gürcüstanın separatçı bölgələrində qanunsuz hərbi iştirakı pislənilir və Moskvanın bu regionları ilhaq etməyə yönəlmiş siyasət yürütdüyü bildirilir.

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin müavni Dmitri Polyanski isə bəyanatı şərh edərək qərb ölkələrinin bu çağırışını “fantom ağrılar” kimi qiymətləndirib. Və deyib ki, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi” reallıqdır, bu reallığa məhəl qoymamaq mümkün deyil.

2008-ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstana hərb müdaxilə edib və separatçı bölgələri öz nəzarətinə alıb. Daha sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Rusiyanın ardınca Venesuela, Nauru və Nikaraqua da belə qərar veriblər, amma Moskvanın iki separatçı bölgənin qondarma müstəqilliklərinin tanınması kampaniyasını genişləndirmək səyləri bundan artıq nəticəyə gətirib çıxarmayıb (virtualaz.org).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"