İlyas İsmayılov 10 noyabr sazişindən danışdı - "Əgər biz Xankəndini tutsaydıq..."

05 avqust, 2021 17:35

“Əvvəla, Qarabağdakı Rusiya sülhməramlı ordu birləşməsinin fəaliyyətinə qiymət verməyimiz bir az çətindir. Çünki bilavasitə  Qarabağ və ya Laçın ərazilərində olub onların gördüyü işləri öz gözümüzlə müşahidə etməmişik.  Amma ümumi rəsmi və qeyri-rəsmi xəbərlər əsasında gəldiyimiz nəticələri söyləmək olar”.

Azsiyasət.com xəbər verir ki, bu fikri moderator.az-a açıqlamasında bu günlərdə  Qarabağ və Laçın dəhlizində rəsmən sülhməramlı kimi yerləşməsinin 9 ayı tamamlanacaq Rusiya hərbi kontingentinin fəaliyyətinə münasibət bildirən sabiq Baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov söyləyib. 

“Rusiya hərbi birləşmələrinin sülhməramlı kimi gəlib Laçın və Qarabağ ərazilərində yerləşməsi bizim xoşumuza gəlməsə də, yəqin ki, buna məcbur idik. Odur ki, Qarabağda atəşkəsin ciddi şəkildə pozulmasının qarşısını aldıqları üçün Rusiya hərbi kontingentinin varlığını hələlik müsbət qarşılamalıyıq. Düzdü, belə olmasa, daha yaxşı olardı. Amma görünür, regiondakı real durumda başqa cür də ola bilməzdi... Əgər biz gedib Xankəndini tutsaydıq, aləm bir-birinə dəyərdi. 44 günlük müharibə boyu və 10 Noyabr razılaşmasından bəri təkcə Fransanın özünü Azərbaycan və Türkiyəyə qarşı necə apardığı göz qabağındadır... Və hesab edirəm ki, yalnız Şuşanın alınmasını nəzərə alsaq, böyük qələbə qazanmışıq. Bir neçə rayon qan tökmədən azad edilib.  Bunlar  böyük uğurdur. Maksimalist olmağa dəyməz,  inanıram ki, zaman-zaman hər şey biz deyən kimi olacaq. Bir az səbirli olmaq gərəkdir”-  deyə açıqlamasının davamında keçmiş Baş prokuror bildirib. 

Həmsöhbətimiz “Qarabağa sülhməramlı qismində  Rusiyanın yox, məsələn, Fransa da daxil olmaqla “demokratik dünya” deyilən Avropa ölkələri və ABŞ-ın birləşmiş qüvvələri gətirilsəydi,  sizcə, vəziyyət daha çox bizim xeyrimizə olardı?” sualını da cavablandırıb.

“Yox, yox...  Həmin ölkələrin heç birinin hərbçilərinin Azərbaycan torpağına gəlməsi lazım deyil. Onlardan heç biri gəlməsə, yaxşıdır. Amerika getdi, İraqı, Əfqanıstanı nə günə qoydu? Xaraba qoydu həmin ölkələri... Fransa Liviyaya getdi, nə etdi, ölkəni darmadağın etdilər” - deyə İlyas İsmayılov münasibətini ifadə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"