Türkiyədən Ermənistana çağırış - "Öhdəliklərə sadiq qalın!"

05 avqust, 2021 22:20

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhükəsizlik Şurasının iclası keçirilib.

Azsiyaset.com xəbər verir ki, iclasın əsas müzakirə mövzusu meşə yanğınları olsa da, toplantının yekun sənədində regional problemlərlə bağlı mühüm açıqlamalar yer alıb.

Məlumata görə, şura üzvləri son günlərdə Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik ətrafında fikir mübadiləsi aparıb və Ermənistanı təcavüzkar addımlara son qoyaraq, öz öhdəliklərinə sadiq qalmağa, bölgə ölkələrilə əməkdaşlığı inkişaf etdirməyə çağırıb.  

Qeyd edək ki, iclas 3.5 saat davam edib.