Qazaxla həmsərhəd Ermənistan kəndində Rusiya sərhədçiləri yerləşdi: Bu, nədən xəbər verir - VİDEO

06 avqust, 2021 00:52

Ermənistanın Müdafiə Nazirliyi bu gün Azərbaycanla sərhəd (Qazax rayonu istiqaməti) Voskepar kəndində Rusiya sərhədçilərinin yerləşdirildiyini açıqlayıb.

Məlumatda deyilir ki, hazırda kənddə Rusiya sərhədçilərinin arxa cəbhə təminatını həyata keçirmək üçün tikinti işləri görülür.

Erməni KİV-lərinin məlumatlarına görə, Rusiya sərhədçiləri kənddəki evlərdən birində yerləşiblər, söhbət çox güman ki, bir taqım əsgərdən gedir. Yəni Rusiyanın Voskepar kəndində hərbi iştirakı əsasən simvolik xarakter daşıyır.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Azərbaycanla sərhəd boyu Rusiya sərhəd qoşunlarının postlarının yerləşdirilməsini təklif edir və bu məsələni rusiyalı tərəfdaşlarla müzakirə edəcək.

Paşinyan əsasən dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətindən keçən hissəsini nəzərdə tuturdu, hansı ki, həmin istiqamətdə tez-tez atışmalar baş verməkdədir. Rusiyada  Paşinyanın bu təklifinə ya sükutla reaksiya verdilər, ya da (ayrı-ayrı siyasətçilər və ekspertlər səviyyəsində) əsasən müsbət yanaşmadılar.

Ekspertlər qeyd etdilər ki, sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsini Azərbaycanla da müzakirə etmək lazımdır, hansı ki, Bakı buna heç cür razılıq verməz.

İndi isə Rusiya sərhədçiləri bilavasitə Azərbaycanla sərhəddə olmasa da Ermənistanın Qazax istiqamətindəki sərhəd kəndində yerləşiblər.

Bəs bu nədən xəbər verir? Xüsusən də Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal olunmuş, anklav vəziyyətində olan kəndlərinin qaytarılacağı haqda vaxtaşırı olaraq şaiyələrin (əsasən erməni KİV-lərində) yayıldığı bir vaxtda.

Hərbi ekspert Karen Ovanesyan hesab edir ki, Rusiya sərhədçilərinin Voskepar kəndində iştirakı anklav ərazilərin geri qaytarılmasına hazırlıqdır. Belə ki, Rusiya sərhədçiləri Azərbaycanın əsas əraziləri ilə Qazaxın həmin anklav kəndləri arasında gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçün ora yerləşdirilə bilərdi. “Əks halda Rusiya sərhədçilərinin orada yerləşdirilməsi üçün heç bir tutarlı səbəb yoxdur. Bu, həmin kəndlərin qaytarılmasına hazırlıq və onların təhlükəsizliyini təmin etmək üçün edilir”,-o deyib.

Ovanesyan təxmin edir ki, Ermənistan həmin kəndləri qaytarmaqla bağlı güzəştə gedib və məsələ yaxın 1-2 ildə həll oluna bilər.

Qeyd edək ki, Paşinyan hökuməti dəfələrlə Qazaxın kəndlərinin qaytarılmasına dair gizli öhdəlik götürməkdə günahlandırılıb. Lakin indiki halda ola bilsin Rusiya sərhədçilərinin Voskeparda yerləşdirilməsi sərhəd boyu eskalasiyanın bu istiqamətə də yayılmasını önləmək məqsədi daşıyır (virtualaz.org).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"