Rusiyanın atom sualtı qayığında nə baş verib? - Dramaik situasiya

06 avqust, 2021 11:05

Avropa mediası Rusiyanın Hərbi Dəniz Qüvvələrinin “Oryol” atom sualtı qayığı ilə bağlı iyulun 30-da baş vermiş hadisə haqda yazır.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Danimarka sahillərindən keçərkən sualtı qayığın mühərrikinin dayandığı və onun yedəyə alındığı haqda daha əvvəl Rusiya KİV-lərində xırda informasiya getsə də insidentin əslində daha ciddi və dramatik olduğu üzə çıxıb.

949A “Antey” idarəolunan raketləri ilə silahlanmış atom sualtı qayığı  Sankt-Peterburqda prezident Vladimir Putinin qəbul etdiyi hərbi dəniz paradında iştirak etdikdən sonra daha bir neçə gəminin müşayiəti ilə Murmanska, öz bazasına geri dönürdü. Lakin sualtı qayıq Baltik dənizindən, Danimarkanın ikinci ən böyük şəhəri olan Orhus yaxınlığından keçərkən mühərrikində naməlum problem yaranıb.

“Barents Observer” qəzetinin yazdığına görə, problem yarananda “Oryol” atom sualtı qayığı “Udaloy” raket esminetsi və “Vitse-admiral Kulakov” döyüş gəmisi ilə birlikdə üzürdü. Bu vaxt Danimarkanın “Diana” patrul gəmisi də Rusiya gəmilərini müşayiət edirdi. İnsident baş verəndə “Diana” gəmisinin heyəti Rusiya atom sualtı qayığının heyətinin sarı rəngli xilasedici gödəkçələrdə gəminin üstünə, burun hissəsinə çıxdığını görüblər. Danimarka gəmisinin heyəti sualtı qayıqla radioəlaqə yaratmağa çalışsa da baş tutmayıb. Əvəzində onlara sualtı qayığı müşayiət edən başqa gəmidən cavab veriblər və kömək təklifini “nəzakətlə” rədd ediblər.

Baltik dənizindən çıxış Danimarka və ya İsveç ərazi sularından keçmədən mümkün deyil. Buna görə də Rusiya donanmasının gəmiləri Baltik dənizindən Şimal dənizinə keçərkən onları həmin ölkələrin Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edir.

Danimarka Hərbi Dəniz Qüvvələrinin üçüncü eskadrasının yaydığı məlumatda deyilir ki, bu insident öz dramatizmi ilə tarixə keçəcək. Çünki Rusiyanın atom sualtı qayığının mühərriki sönüb və qayıq Seyere adası yaxınlığında idarəetmədən çıxaraq saatda 1.5 dəniz uzlu sürətlə sahilə tərəf dreyf edib. “Bu tip gəmilərdə mühərriklə bağlı problem meydana çıxanda həmişə narahatlıq üçün ciddi əsas yaranır”,-Norveç ordusunun Baş qərargahının nümayəndəsi, mayor Elisabet Eykelann bildirib.

Bildirilir ki, atom sualtı qayığına tərəf nəhəng yedək gəmisi yaxınlaşıb və ona tros bağlayıblar. Lakin daha sonra necə olubsa heyət mühərriki yenidən işə sala bilib və sualtı qayıq yenidən dənizin altına enərək yoluna davam edib, amma yedək gəmisi də onu müşaiyət etməyə başlayıb.

Şimal dənizində isə Rusiya gəmiləri qrupu Norveç Hərbi Dəniz Qüvvələrinin müşahidəsi altında üzüb. Bildirilir ki, Şimal dənizində də sualtı qayıq əvvəlcə suyun üstü ilə üzüb, daha sonra dənizin altına enib.

Polşanın “Defence24” nəşri də  bu insidentə geniş yer ayırıb və Rusiyanın atom sualtı qayıqları ilə bağlı bundan əvvəl baş vermiş qəzaları yada salıb. Oxucular isə şərhlərində istehza ilə yazıblar ki, Rusiyanın atom sualtı qayıqlarını aşkar etmək üçün yedək gəmilərini izləmək kifayət edir.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"