"Rusiya bu addımına görə ağlayacaq!" - Zelenski

06 avqust, 2021 11:34

Rusiya Krımla bağlı addımlarına görə gələcəkdə peşman olacaq.

Azsiyaset.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Rusiya tarixi Krımla bağlı addımlarına və davranışına görə hələ ağlayacaq”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, məhz Krım məsələsi ukraynalılarla ruslar arasında münasibətlərin pisləşməsində qığılcım rolunu oynayıb.