Diaspor nümayəndələrinin Şuşa səfərindən hansı nəticələr çıxarılmalıdır?

06 avqust, 2021 14:05

Bildiyimiz kimi, bu ilin iyul ayının 27-də Diasporla İş Üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya bir günlük səfərini təşkil etmişdi. Səfərdə 24 ölkədən 72 soydaşımız iştirak edirdi. Heç şübhəsiz, Azərbaycanın haqq səsinin xarici ölkələrdəki carçıları hesab olunan diaspor nümayəndələrinin Şuşa səfəri mühüm əhəmiyyətə malikdir, ələlxüsus, bu səfər müharibədən sonrakı mərhələdə - Qarabağla bağlı diplomatik müstəvidə atılan addımların təşviqi baxmından xüsusi önəm kəsb edir.

Ancaq heç bir halda diaspora nümayəndələrinin Şuşa səfəri turist səfəri kimi tarixin yaddaşına düşməməlidir.

Ona görə də, səfər zamanı qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi hər bir diaspora nümayəndəsi üçün prioritet məsələ olmalıdır və soydaşlarımızın Diasporla İş Üzr Dövlət Komitəsi qarşısında hesabatlılığı olmalıdır.

Siyasi nəzəriyyədə diaspora nüməyəndəsi ölkənin rəsmi diplomatları qədər eyni dərəcədə əhəmiyyətli şəkildə şərh olunur. Bu baxımdan, Azərbaycan diaspor nümayəndələrinin üzərinə həm də bir diplomat kimi məsuliyyətli və şərəfli bir iş düşür.

İkinci Qarabağ Müharibəsi 2020-ci il 10 noyabr tarixində bitib və yeni fazaya daxil olub: diplomatik “savaş” müstəvisinə. Erməni həyasızlığnın hüdudlarını nəzərə alsaq, deməli, hələ qarşıda bizi böyük və məsuliyyətli planlar gözləyir. Diplomatik “savaş”ın da əsas subyektlərindən biri xaricdə yaşayan soydaşlarımızdır. Hazırda Zəngəzur dəhlizi ətrafında baş verənlər, ermənilərin Kəlbəcərdə törətdiyi təxribatlar antiterror əməliyyatlarının da reallaşdırılmasının vacibliyini önə çıxarır.

Mühüm məsələ: Şuşaya səfər edən diaspor nümayəndələri yaşadıqları ölkələrin iş adamlarının diqqətini Qarabağa cəlb etməyə bacarmalıdırlar, ölkəyə investisiyanın cəlb olunmasının bu şəkildə təmin edilməsi də vacib amildir. Bu məsələdə də əsas vəzifələrdən biri xaricdə yaşayan soydaşlarımızın üzərinə düşür. 

Səfərdə diqqət çəkən məqamlardan biri ermənilərin güclü olduğu ölkələrdə yaşayan soydaşlarımızın Şuşa səfərində iştirak etməsi idi. Məsələn, səfər zamanı Fransadakı soydaşlarımızdan 6 nəfərin, ABŞ-dan isə 7 nəfərin iştirakı təmin edilmişdi. Düzdür, Qarabağ həqiqətlərini, erməni vandalizminin təzahürlərini, onların 30 il işğal altında saxladıqları ərazilərdə həyata keçirdikləri bəşəri cinayətləri təbliğ etmək lazımdır. Ancaq bir həqiqət də var ki, elə 30 ildir bütün dünya erməni vandalizminə göz yumur, Azərbaycanın haqq səsini eşitmirdi. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında ölkəmiz öz torpaqlarını azad etdi və bundan sonra təkcə Cənubi Qafqaz regionu üçün yox, bütün dünya üçün hərbi-siyasi və iqtisadi müstəvidə yeni reallıqlar yaranmış oldu.

Vacib nüans: Həmçinin, Şuşa səfərində iştirak edən diaspor nümayəndələri xaricdəki yaşayan soydaşlarımızın ordumuza, qazilərimizə və şəhid ailələrinə olan yardımlarının davamlılığını da təmin etməlidirlər.

Şübhəsiz, xaricdə yaşayan azərbaycanlılar öz fəaliyyəti ilə daim Azərbaycan dövlətinə böyük dəstək göstərirlər. Azərbaycan diasporu təkcə İkinci Qarabağ Müharibəsi zamanı 36 ölkədə, 111-i yürüş-mitinq olmaqla, 198 tədbir həyata keçirdi. Və bütün bu addımlar ermənilərin təbliğat maşınlarını iflic etdi, onların diplomatik səylərini blokladı.

Diasporla İş Üzrə Dövlət Komitəsinin düzgün iş prinsipləri əsasında 43 ölkənin müxtəlif qəzet və saytlarında haqlı mövqeyimiz dərc edildi. Özü də 26 dildə! Söhbət 355 məqalədən gedir. Cəbhədə Azərbaycan əsgəri döyüşdüsə, diaspor nümayəndələrimiz də arxa cəbhənin - diplomatik “savaş”ın önündə mübarizə aparmalı oldular. Rusiya Federasiyasının Primorye diyarında yaşayan Azərbaycan diasporu adından Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərə 566 ədəd təkərli araba göndərildi. Rusiyadan Azərbaycana 2 ədəd Dermatom cərrahi aparatı və onun əlavə ehtiyyat hissələrindən ibarət dəst, 92 ədəd İlizarov aparatı gətirildi. “YAŞAT” marafonunda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri 1 milyon manatdan artıq vəsait toplandı.

Bütün bunlar Azərbaycan diasporunun tarixi və mühüm əhəmiyyətini daha da artırmış oldu. Bu baxımdan, diaspor nümayəndələrimiz bu nəcib addımlarını davam etdirməli, dövlətə, xalqa dəstəyin daha geniş və effektli istiqamətlərini tətbiq etməlidirlər. Biz  ordumuza, qazilərimizə yardımları davam etdirəcəyiksə, bu həm də Ermənistanın növbəti dəfə məğlubiyyətini təmin etmiş olacaq və genefondumuzun daha da möhkəmlənməsinə gətirib çıxaracaq.

Davamı var…

Samir Feyruzov

Azsiyaset.com

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?