BMT Azərbaycan və Ermənistana çağırış etdi

06 avqust, 2021 23:13

BMT iki ölkənin sərhədində davam edən toqquşmalara görə, Azərbaycan və Ermənistana çağırış edib.

Azsiyaset.com xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə çıxış edib.

"Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik", - deyə, o bildirib.