"KQB" sədri müxalifət lideri haqda kompromata malik olduqlarını deyir - "Lazım olanda göstərəcəyik"

08 avqust, 2021 09:40

KQB sədri müxalifət lideri haqda kompromata malik olduqlarını deyir

Belarus KQB-sinin sədri müxalifət lideri və  prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya barədə əllərində “kozır” olduğunu bildirib. KQB sədri İvan Tertel bu haqda Tixanovskayanın son günlər aparıcı Qərb ölkələrinin liderləri, o cümlədən ABŞ prezidenti Cozef Baydenlə görüşlərindən sonra Belarusun STV telekanalına müsahibəsində danışıb. Müsahibə ötən gün avqustun 7-də yayımlanıb.

İvan Tertel bildirib ki, zərurət yaranarsa Minsk Tixanovskayaya qarşı əllərində olan informasiyanı açıqlayacaq. KQB sədri əmindir ki, prezidentliyə keçmiş namizəd nəyisə sona qədər danışmır. Tertelin fikrincə, Tixanovskayaya suallar verəndə bu daha çox özünü büruzə verir.

“Qoy bu onun vicdanına qalsın, amma biz bilirik ki, zərurət yarananda göstərməyə əlimizdə nələr var”,-o deyib.

KQB rəhbəri qeyd edib ki, Tixanovskaya Belarusdan “könüllü” gedib və heç kim ona təzyiq göstərməyib. Üstəlik Litvada onu xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələri əhatəyə alıblar.

“Biz yüz faiz dəqiqliyi ilə bilirik, adlarla, familiyalarla: onunla xüsusi xidmət orqanları iş aparıblar, həm də təkcə Litva xüsusi xidmət orqanları deyil. Nəticədə onun davranışları kəskin dəyişib”,-İvan Tertel bildirib.

Tixanovskaya Qərb liderləri ilə görüşlərində prezident Lukaşenkonu Belarusu Rusiyanın vassalına çevirdiyini deyir və Minskə qarşı daha sərt sanksiyalara çağırır.

Tixanovskayanın Qərbdə fəallaşması prezident Lukaşenkonu da qəzəbləndirib və Belarus prezidenti bir neçə gün əvvəl onu “əclaf qadın” adlandırıb. Deyib ki, Tixanovskaya özü onlardan Litvaya getmək üçün kömək xahiş etmişdi, üstəlik xərclik qismində 10 min dollar da almışdı...

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI