"Laçın şəhəri boşdur, bir nəfər də erməni qalmayıb" - "Rusiyanın regionda hərbi iştirakı ilk beş ildən çox çəkməyəcək"

08 avqust, 2021 21:11

“Laçın şəhəri boşdur, orada bir nəfər də sakin yoxdur, hər yer bağlıdır, mağazalar işləmir. Laçında Rusiya sülhməramlılarının postlarından və keçib gedən avtokolonlardan başqa heç nə yoxdur”.

Bunu Azərbaycanın güc qurumlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib. Onun sözlərinə görə, Laçın dairəsində ancaq Ermənistan nömrəsi olan 3-4 avtomobil görüb, halbuki, bu dairədən hər gün çoxsaylı ağır hərbi texnikaya malik Azərbaycan kolonları keçir.

Əməkdaş Qarabağa uzun sürən ezamiyyətdən qayıdıb, Qubadlı, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl və Zəngilan ərazilərindən keçib.

Razılaşmaya əsasən erməni avtokolonları sülhməramlıların müşayiətilə Laçın yolu ilə Ermənistana həftənin tək günləri, azərbaycanlı kolonlar isə cüt günlər keçir. Azərbaycanlılar bu qrafikə ciddi əməl edir, ancaq ermənilər bu yolla həftənin bütün günləri gedirlər. Çərşənbə axşamı, cümə axşamı və şənbə günləri erməni sürücülər Azərbaycan kolonlarının səhər saat 9:00-da şimaldan cənuba, axşam saat 16:00-da isə cənubdan şimala gedəcəyini gözləyirlər və bu vaxt aralığında hərəkət edirlər, - mənbə bildirib.

O, əlavə edib ki, azərbaycanlı və erməni sürücülər rusların tələbi ilə avtomobillərdən milli bayraqları çıxarırlar. Sülhməramlılar deyirlər ki, bu, ona görə edilir ki, yerli əhali onların hərəkətinə mane olmasın. Əvvəllər yol kənarlarında duran mülki şəxslərin avtomobilləri daşa basması halları olub. Azərbaycan güc strukturunun zabiti Laçında ancaq Rusiya bayraqlarını görüb. O, rusiyalı hərbçilərlə söhbət edib. Rusiyalı öz təəssüratlarını bölüşüb, deyib ki, azərbaycanlılarla söhbətlərdə dinc həyatın vacibliyi barədə mülahizələr eşidir. Rusiyalılarla açıq danışan ermənilər isə türkləri necə öldürdüklərindən həvəslə danışırlar.

Rusiya Silahlı Qüvvələrinin bu sülhməramlısı hesab edir ki, Rusiyanın regionda hərbi iştirakı ilk beş ildən çox çəkməyəcək.

Rayonun coğrafi xüsusiyyətlərindən asılı olaraq sülhyaratma postlarının və patrulların sxemi fərqlənir. Əgər dağların yüksək olmadığı Ağdamda (Şelli kəndi ərazisində) rusların mobil patrulları Azərbaycan və Ermənistan hərbi postları arasında hərəkət edirsə, Laçında və Qubadlıda belə şey mümkün deyil. Münaqişə tərəflərinin postları dağların yamaclarında və ya silsilələrində yerləşir, onların arasında rusların patrul çəkməsi üçün yol yoxdur və müharibə edən orduların əsgərləri bir-birinin qarşısında dayanırlar.

Həmsöhbətimiz Kəlbəcərdə çoxlu azərbaycanlı fermer görüb. Onlar özlərinə məxsus kənd təsərrüfatı heyvanları sürüsü və arı pətəklərinin yaxınlığında çadırlarda yaşayırlar.

2021-ci il mayın 20-də prezident İlham Əliyev bildirib ki, Qarabağda rusiyalıların müdafiəsi altında 25 min erməni əhali yaşayır. (Turan.az)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"