Ermənistanda yeni terror təşkilatı yaradılıb, diaspor və PKK-dan dəstək alır - Türkiyədən sensasion təfərrüatlar

09 avqust, 2021 12:29

Ermənistan 44 günlük ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğramasından sonra özünün ənənəvi metoduna-terror fəaliyyətinə üstünlük verməyə başlayıb və bu məqsədlə yeni terror təşkilatı qurub.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Türkiyədə fəaliyyət göstərən Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMED) başqanı Savaş Eğilmez bildirib. O, ermənilərin yeni terror təşkilatının “Hərbi Vətənpərvərlər Məktəbi” (“Poga”) adı altında fəaliyyət göstərdiyini deyib.

“Ermənistan 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Qarabağ savaşında çox ağır məğlubiyyətə uğrayaraq tarixi vərdişlərindən vaz keçməyib və qlobal güclərin yönləndirməsi, dəstəyi ilə yenə də çıxış yolunu terror təşkilatlarında axtarmağa başlayıb. Qarabağı yenidən geri almaq xəyalları ilə qurulan “Hərbi Vətənpərvərlər Məktəbi” adlı bu terror təşkilatı 2021-ci il martın 29-dan etibarən fəaliyyətə başlayıb və məktəb adı altında bu təşkilata fərqli yaş qruplarından erməniləri toplayaraq onlara hərbi təlim keçirlər”,-Savaş Eğilmez bildirib.

ASİMED başqanı iddia edir ki, bu təşkilatın fəaliyyəti radikal erməni millətçiliyinə və türk düşmənçiliyinə söykənir. Və hər fürsətdə erməniləri yeni müharibəyə çağırır. “Türklər hər zaman düşməndir”, “Zəif olmağa haqqımız yoxdur”, “Böyük güc olaq və məğlub olmayacağımızı dünyaya sübut edək”, “Bir daha güclü olmağa və xalq-orduya çevrilməyə məhkumuq” kimi şüarlar irəli sürür.

Savaş Eğilmezin dediyinə görə, bu məktəbdə təlimlərə qatılanlardan haqq tələb edilmir, üstəlik onun fəaliyyətini sosial şəbəkələrdə təbliğ edənlərə 100 dollardan artıq pul verilir. Təşkilat silah-sursat əldə etmək, təlimatçıları işə götürmək, səyahət və digər xərclər üçün tutarlı maliyyə vəsaitlərinə malik olmağı qarşıya məqsəd qoyub. Və Eğilmez bildirir ki, məktəbin maliyyə mənbələri əsasən xaricdəki erməni diasporunun nümayəndələri, o cümlədən ABŞ-ın Kaliforniya ştatında səhiyyə sektorunda fəaliyyət göstərən erməni əsilli biznesmen Vrej Qriqoryandır.

Bundan başqa məktəb PKK və “Asala” terror təşkilatlarından da maliyyə dəstəyi alır. Avropa və Yaxın Şərq ölkələrindən muzdluları cəlb edir.

“Muzdlulara pulsuz hərbi təhsil və təlimlə yanaşı maddi dəstək də verirlər. Terror təşkilatı yaşı 18-55 arasında olan bütün Ermənistan vətəndaşlarını və digər ölkələrdən olan erməniləri Türkiyə və Azərbaycana qarşı döyüşməyə çağırır”,-Savaş Eğilmez belə deyib.

ASİMED başqanının məlumatına görə, “Poga” hətta təşkilatın fəaliyyətinə cəlb olunanların  Moskvadan Yerevana birbaşa uçuşları üçün bilet pulunu da üzərinə götürəcəyini bildirir. Təşkilat təbliğatında erməniləri inandırmağa çalışır ki,  Azərbaycanın və Türkiyənin məqsədi “bütün Ermənistan torpaqlarını işğal etmək, erməniləri yer üzündən yox etməkdir”. Ona görə də hər bir erməni savaşa hazır olmalıdır. Bildirilir ki, məktəbdə keçirilən təlimlərdə müxtəlif odlu silahlardan istifadə, əlbəyaxa döyüş və bıçaqla döyüş, partlayıcıların hazırlanması və tətbiqi, çətin relyef və iqlim şərtlərində həyatda qalmaq vərdişləri aşılanır. Məktəb ilin dörd mövsümünə uyğun təlimlər keçir və 90 günlük proqram çərçivəsində o cümlədən nəzəri dərslər keçirilir.  

ASİMED başqanı “Poga”nın yeni təlim kurslarının avqustun 1-dən fəaliyyətə başladığını iddia edir.

“Bu təşkilat ermənilər üçün də böyük təhdid təşkil edir və gələcəkdə Ermənistan daxilində ciddi problemlərə yol açacaq. Məktəbdə təlim keçənlər onlar kimi düşünməyən erməniləri də düşmən hesab edəcəklər, onlara qarşı hərəkətə keçəcəklər. Birinci Dünya Müharibəsindən əvvəl və sonra Osmanlı dövləti daxilində fəaliyyət göstərən erməni terror təşkilatları sadəcə türkləri deyil, onlara dəstək verməyən erməniləri də qətlə yetirirdi”,-o bildirib. Savaş Eğilmez Ermənistanda fəaliyyət göstərən bu təşkilatla bağlı Azərbaycanı və Türkiyəni çox diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərdiyi deyilən “Hərbi Vətənpərvərlər Məktəbi” (“Poga”) adlı təşkilat barəsində rusdilli erməni mənbələrində hər hansı məlumata rast gəlinmir. Bundan əvvəl Ermənistanda “VOMA” adlı terroryönümlü təşkilatın fəaliyyət göstərdiyi məlum idi və həmin təşkilata birinci Qarabağ müharibəsi zamanı erməni kəşfiyyat batalyonunun komandiri olmuş Vova Vartanov başçılıq edir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"