Minlərlə siyasi məhbusun qətlində əli olan Həmid Nuri İsveçdə necə ələ keçdi... - Tarixi məhkəmə başlayır

10 avqust, 2021 14:09

İranda minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsində əli olan keçmiş prokuror köməkçisi İsveçdə tələyə salınaraq tutulub və hazırda insanlıq əleyhinə cinayətlərə görə bu ölkədə məhkəmə önündə dayanıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Həmid Nuri adlı 60 yaşlı həmin İran vətəndaşı 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.  Onu tələyə salmaq üçün İsveçdə qızlarla əyləncə və alkaqol vəd ediblər.

1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub. Baş nazir Mir Hüseyn Musəvinin hakimiyyəti dövründə baş vermiş bu kütləvi edamlar zamanı nə qədər məhbusun öldürüldüyü hələ də dəqiq məlum deyil. Edam edilənlərin əksəriyyəti “Xalq mücahidləri” adlı müxalif hərəkatın üzvləri olublar, amma əsasən sol təmayüllü digər bir sıra təşkilatların fəalları da edam edilib. Müxalifləri xüsusi məhkəmələr mühakimə edib və onların taleyini cəmi bir neçə dəqiqəlik dindirmə ilə həll ediblər. Bu edamlar dini lider ayətullah Xomeyninin xain və dindən dönənlərin kütləvi cəzalandırılması barədə fərmanından sonra həyata keçirilib.

İray Mesdaqi adlı bu kütləvi edamlar zamanı təsadüfən sağ qalanlardan biridir. O, İsveçə qaçıb və onillər ərzində 1988-ci ildə baş verənləri sənədləşdirməyə, siyasi məhbusları edam edən hakim və cəlladların dosyesini toplamağa çalışıb. 2019-cu ilin payızında Mesdaqi onu həbsxanaya salanlardan birinin Avropaya səyahət etməyə hazırlaşdığı haqda informasiya alıb. Həmin adamın qohumlarından birinin və digər iranlı mühacirlərin iştirakı ilə Mesadqi Həmid Nurini yoldan çıxarıb İsveçə gətirmək üçün əlindən gələni edib.

“Biz Həmid Nuri üçün tələ qurmuşduq. Onun üçün İsveçə əyləncəli səyahət təşkil etmişdik. O düşünürdü ki, bura alkaqol içmək üçün və isveçli qızlarla əylənmək üçün gələcək. Biz ona qızlarla videonu göndərəndən cəmi iki saat sonra Nuri bura gəlməyə can atırdı. Onun üçün otel bron elədik və aviabilet aldıq. O, çox xoşbəxt idi, maşınında şən mahnılara qulaq asırdı və hətta bizə özünün xoşbəxt fotosunu da göndərdi. Onun İsveçdə əylənmək üçün öz ssenarisi vardı, amma bizim öz ssenarimiz də hazır idi”,-qardaşı 1988-ci il edamlarında öldürülmüş, Həmid Nurini İsveçə aparmaq əməliyyatında iştirak edən Nima Sarvestani deyir.

Prokurorların və şahidlərin bildirdiyinə görə, Həmid Nuri kütləvi edamlar zamanı Tehran yaxınlığındakı Gohardəşt şəhərinin prokuror köməkçisi olub. Və siyasi məhbuslara ölüm hökmü çıxaran və onları icra edən qrupda yer alıb. Həmid Nurinin məhkəməsi bu gün başlayır və bir neçə ay davam edəcəyi gözlənilir. O, insanlıq əleyhinə cinayətlərdə və beynəlxalq hüququn pozulmasında ittiham olunur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI