Ermənistandan təhlükəli oyun - Pərdə arxasında nə baş verir?

10 avqust, 2021 16:33

“Ermənistan hakimiyyətinin və cəmiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümidi özünü doğrultmur. Təşkilat Ermənistan-Azərbaycan qarşdurmasında tərəf olmaq istəmir. KTMT nə müharibə, nə də ondan sonrakı dövrdə Ermənistana arxa olmadı. Çünki təşkilat yaxşı anlayır ki, birincisi, Ermənistan haqsızdır, uzun illər qonşu ölkənin torpaqlarını işğal altında saxlayıb, ikincisi, Ermənistan Azərbaycanla sərhədi müəyyənləşdirmək və sülh sazişi imzalamaq istəmir”.

Azsiyaset.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq diqqətə çatdırıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas İrəvandakı dünənki görüşlərində ehtiyatlı açıqlamalar səsləndirib:

“Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Zası “biz Sizi may ayından İrəvanda gözləyirik” sözləriylə sancmağı da unutmadı. 

Erməni jurnalistlər isə nə qədər baş katibdən Azərbaycan əleyhinə açıqlama almaq istəsələr də, alınmadı. Ermənistanda anlamaq istəmirlər ki, Ermənistanı çıxmaq şərtilə təşkilatın üzvləri Azərbaycanla münasibətləri pozmaq istəmirlər. Elə təşkilatın baş katibi bir müddət əvvəl ona zəng edən erməni rəsmisinə açıq dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhəd məsələsinə qarışmayacaq. 

Yəni faktiki baş katib ermənilərə deyib ki, bizdən əl çəkin və gedin Azərbaycanla razılaşın. Buna baxmayaraq, İrəvan təşkilatdan əl çəkənə oxşamır. Bu da ondan irəli gəlir ki, Ermənistan təkbaşına Azərbaycanla bacarmayacağını anlayır. İrəvan sentyabrın 16-a hazırlaşır. Bu tarixdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrlik Ermənistana keçəcək”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan hakimiyyəti həmin tarixdən başlayaraq təşkilatı Azərbaycana qarşı yönəltməyə çalışacaq:

“Bu siyasət Azərbaycana deyil, Ermənistana əlavə problemlər yaradacaq. Çünki təşkilat üzvləri Ermənistanın haqsız tələblərinə görə Azərbaycanla üz-üzə qalmaq istəməyəcəklər. Əgər İrəvan dediyində israrlı olarsa, təşkilat daxilində gərginlik artacaq. 

Digər tərəfdən təşkilatın Ermənistandan başqa dərdi var, Əfqanıstanda gərginlik artır, terrorçuların bu ölkədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərə keçmə ehtimalı artıb. Təşkilat üzvləri buna qarşı birgə mübarizə haqqında düşünmək məcburiyyətindədirlər. Əfqanıstan təhlükəsi Ermənistanın bağırtılarından daha ağır gəlir. Ancaq hər halda rəsmi Bakı KTMT-yə bir daha mövqeyini xatırlatmalıdır ki, imkanları varsa Ermənistan hakimiyyətini ağıllandırsınlar və sərhədlərin demilitasiya və demarkasiyası məqsədilə ikitərəfli danışıqlar başlasın”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"