İran qaykaları bərkidir və lyukları bağlayır

10 avqust, 2021 20:48

Kəskin su qıtlığı səbəbindən ölkəni, ilk növbədə də cənub bölgələrini bürüyən etirazların yatırılması zamanı artıq yüzdən çox insan həbs olunub.  Hakimiyyət polis əməliyyatları vaxtı artıq adət halını alan üsuldan istifadə edir - mobil rabitəni və interneti qapadır. Əlbəttə, lazımi düymələri və ya elektrik açarlarını açıb qoşmaq  su verməkdən və ya onillərlə təmir olunmayan suvarma strukturunu və su təchizatı sistemini  modernləşdirməkdən xeyli asandır.

Görünür, təsadüf deyil ki, mühafizəkar prezident Rəisinin andiçməsi ərəfəsində hazırlanması 2018-ci ildən bəri uzanan “Virtual fəza istifadəçilərinin hüquqlarının müdafiəsi və əsas onlayn-servislərin tənzimi haqqında” qanunun təsdiqi ilə bağlı işlər sürətlənib. İyulun sonunda İran parlamentinin deputatları lehinə 121, əleyhinə 74 səs olmaqla qanunun eksperimental implementasiyasını (faktik tətbiqini) işə salmaq  qərarına qəbul ediblər. Sənəd hələ xüsusi olaraq seçilmiş deputatların iki aylıq ekspertizasından keçəcək, sonra isə onu Konstitusiya məhkəməsinin analoqu olan Konstitusiya keşikçiləri Şurasının təsdiqinə yollayacaqlar.  Bundan sonra “müdafiə qanunu” “eksperimental” olaraq 5 illik müddətə tətbiq olunacaq, ən sonunda daimi qanun statusu əldə edəcək. 

Ümid və etimadsızlıq arasından Tehran ikincini seçir...

Qanunun hansısa səbəbdən bloklanacağına ümid etmək üçün ciddi əsas yoxdur. İranda çoxdandır internetdə senzura sistemi  mövcuddur. ABŞ-ın Slate nəşrinin bilgilərinə görə, bu ölkədə istifadəçi ordusu heç də az deyil:  82 milyonluq əhali üçün 57,4 milyon nəfər. Ancaq  2009-cu ildən Facebook, Twitter və YouTube,  2018-ci ildən isə Telegram. bloklanıb . Yazılanlara görə, son aylarda hakimiyyət zəruri olanda WhatsApp və Instagrama girişin qarşısını almağı öyrənib.

Sanki internet mühiti bundan artıq senzuraya məruz qoyma mümkün deyil. Mümkünmüş. «Müdafiə haqqında qanun»da internet-servislər təklif edən iri beynəlxalq şirkətlərin, məsələn, Google, Microsoft və ya  Amazonun İran İslam respublikasının qanun və normaları əsasında fəaliyyət göstərməyə razılaşmaqları və kontentin senzurası və nəzarət məsələlərində hakimiyyətlə əməkdaşlığı nəzərdə tutulur.  İmtina etsələr, onların fəaliyyəti bloklanacaq və ya xeyli çətinləşəcək. Nəzərə alsaq ki, İrana münasibətdə ABŞ sanksiyaları qüvvədədir, deməli, əcnəbi şirkətlər, ilk növbədə isə amerikan şirkətləri tabe olmaqdan boyun qaçıracaq və bloklanacaqlar.

İranlıların geniş istifadə etdikləri senzuranı ötüb keçmək üçün proqramların istehsalı və yayılmasında günahkar sayılanları 2 ilə qədər həbs cəzası gözləyə bilər.

Boş yerə deyildi ki, Rəisinin inauqurasiyası ərəfəsində sosial şəbəkələrin tənzimlənməsi və virtual məkan istifadəçilərinin hüquqları haqda qanun layihəsi üzərində işlər sürətləndi...

Bundan əlavə, çoxsəviyyəli sistemin tətbiqi təklif olunur ki, ona əsasən internet xidmətlərindən yararlanmaq imkanı istifadəçinin statusundan asılı olacaq. Yəni, yaş, peşə və ya konkret iş vəzifələri nəzərə alınacaq.  Məsələn, Slate yazır ki,  bəzi universitet professorları “tədqiqat məqsədi ilə” YouTube-yə xüsusi giriş əldə edəcək. Sadə adamlarla xüsusi imkanı olan inanılmışlar arasındakı bu imkan bölgüsü hələlik iradi xarakter daşıyır, ancaq gələcəkdə qanunla təsbit olunacaq.

Həmçinin Şəbəkədə anonomlik qadağan olunacaq : provayderlərdən istifadəçilərin uydurma “nik”lərin arxasında gizlənə bilməməsini təmin etmək tələb ediləcək, bu isə repressiya qorxusundan internetdə kəskin ictimai  problemlərin müzakirəsi şansını praktik olaraq məhv edəcək.

930 min nəfərdən çox iranlı “müdafiə haqqında qanun”un qəbulunun əleyhinə petisiya imzalayıb, iyulun 28-dən isə İranın sosial şəbəkələrində "#No_to_the_protection_bil"  həştəqi altında kampaniya başlayıb. Ancaq bu barədə lazımi yerlərdə artıq rəy formalaşıb İyulun 30-da  briqada komandanı Məhəmməd Rza Nəqdinin açıq məktubu dərc olunub. O, “yenilməzliyi saxlamağa və həmişəlik İran internetində əcnəbilərin hakimiyyətinə son qoymağa” çağırıb. Görünür, son qoymağa çalışacaqlar. İran qaykaları bərkidir, lyukları bağlayır, düşmən saydığı ətraf dünya ilə qarşıdurmada yeni mərhələyə hazırlaşır. Düzdür, vacib sərmayələr də təkcə o ətraf dünyadan gələ bilər. Ancaq ümidlə inamsızlıq arasında Tehran ikincini seçir.(virtualaz.org)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"