"Bəlkə də, feminist hərəkatının içində öz yaxınları var" - Sərdar Cəlaloğludan onu təhqir edən jurnalistə cavab

11 avqust, 2021 00:17

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu saytımıza açıqlamasında "Azərbaycanda feminist hərəkatı yoxdur. Bu qadınlar anti-feministlərdir, fahişəlik azadlığı uğrunda mübarizə aparırlar" fikrini bildirmişdi. 

Xaricdə yaşayan jurnalist Əfqan Muxtarlı partiya sədrinin bu mövqeyinə təhqiramiz ifadələrlə münasibət bildirib. Jurnalist "Facebook"da siyasətçinin əleyhinə təhqirlərə yol verib.

Azsiyaset.com xəbər verir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlamasında Sərdar Cəlaloğlu qeyd edib ki, jurnalistə qarşı küçə qaydasında cavab verən deyil. Partiya sədrininin sözlərinə görə, ola bilsin ki, bu hərəkatın içərisində jurnalistin yaxınları olduğundan o belə danışır: 

"Yəni, bilmirəm bu adamın feministdən nə kimi əlaqəsi var. Mən sadəcə olaraq, feministlərin qaldırdığı şüara əsasən fikir demişəm. Onlar belə bir şüar qaldırmışdılar ki, "vagina mənimdir, kimə istəsəm verərəm". Bu, əxlaqsızlıq deməkdir. Mən başqa fikir deməmişəm. Azərbaycanda feminist hərəkatının heç bir əsasının olmadığını, Azərbaycan Konstitusiyasında qadınların bütün hüquqlarının təsbit edildiyini, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında çox yüksək dərəcədə iştirak etdiyini demişəm və bu hərəkatın da əsassız olduğunu söyləmişəm. İndi bu məsələləri niyə özünə götürürsə, deyə bilmərəm. Bəlkə də, bu hərəkatın içində öz yaxınları var, bu başqa məsələ. Ancaq mən orada qeyri-adi bir şey deməmişəm. Şüarlara baxıb demişəm ki, həmin şüarlar feminist hərəkatının şüarları ola bilməz. 

Onun mövqeyi qərəzli mövqedi. İstəyirsə lap polemikaya girək. Mən ümumiyyətlə, tanımıram o adam kimdir... Fikirlərinə də rast gəlməmişəm. Hər nə deyirsə, öz şəxsi həyatını ifadə edir. İndi mən ona küçə qaydasında cavab verən deyiləm ki! Nə istəyir özü bilər, nə danışır özü bilər. Ancaq Azərbaycanda feminist hərəkatına heç bir ehtiyac yoxdu və bizdə də o "feminist hərəkatı" adında başlayan o hərəkat Azərbaycan xalqına yaddır, süni bir hərəkatdır. Azərbaycan qadınlarının da 99 faizi də o hərəkatı bəyənmir, dəstəkləmir. Bütövlükdə toplumu dağıdan, ailə institutuna zərbə endirən şəxsi dəyərlərin cəmiyyətə necə gəldi qol-qanad açmasına imkan verə bilmərik".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"