Qarabağdan həyəcanlı xəbərlər gəlir - Biz nə etməliyik?

11 avqust, 2021 11:56

Qarabağdan yenə həyəcanverici xəbərlər gəlir. Rusiya Ermənistandan Qarabağa erməni hərbçilərinin keçidinə şərait yaradır, görüntülər var. Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında da Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunur, yoxsa rəsmi İrəvan Ermənistan üçün ağır nəticələnən müharibədən sonra bizə yenə dil uzatmazdı, onu arxayanlaşdıran mərkəzlər var.

Azsiyaset.com xəbər verir ki, bu sözləri “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

“Biz nə istəyirik? Birincisi, Rusiya hərbçiləri 4 ildən sonra Qarabağı tərk etsinlər. İkincisi, Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməni qalmasın və Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki, bununla 200 illik problemə son nöqtəni qoyaq”, - politoloq bildirib.

Onun sözlərinə görə, bu proses hədəflərimizə çatmaq planlarımızdan və onları necə yerinə yetirməmizdən asılıdır:

“Müharibədən sonrakı dönəmi “ağıl oyunları” adlandırmışdım. Birinci mərhələdə hərbi yolla məsələnin böyük qismini həll etdik, problemin qalan hissəsini isə hərbi-siyasi-diplomatik, o cümlədən “ağıllı layihələr”in köməyi ilə həll etməliyik. Qarabağda ağıllı kəndlər və ağıllı qəsəbələr salırıqsa, Qarabağın tamamına nəzarəti bərpa etmək üçün niyə ağıllı layihələr üzərində düşünməyək? Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağda təxminin 100 min erməni yaşayırdı, indi bunun sayı ən azı 4 dəfə azalıb, ancaq məsələnin bizim xeyrimizə tam həlli üçün bu sayı ikirəqəmliyə çevirmək lazımdır. Hələ ki, proses öz axarıyla bizim üçün müsbət istiqamətdə cərəyan edir. Ancaq Rusiya və dünyadakı erməni lobbisi əlindən gələni edəcək ki, Qarabağdakı ermənilərin sayı minimuma enməsin. Bunun üçün onlar Qarabağda evlər tikəcək, ermənilərə pulsuz heyvanlar paylayacaq, kiçik müəssissələr açacaq və kreditlər verəcəklər. Biz isə bunun tam tərsini etməliyik. Qarşımızda Rusiya, Ermənistan, bir qisim Qərb ölkəsi və erməni lobbisi var. Ancaq proseslər bizim ərazimizdə getdiyindən qarşı tərəfin gücündən asılı olmayaraq, onların planlarını pozmaq və öz oyunumuzu diktə etmək imkanımız var. Hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb. Başqa çeşidli problemlərini də yaratmalıyıq. Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsinlər, işçi qüvvəsi çatışmasın, İrandan Qarabağa bizə bəlli olmayan yüklər daşınmasın və s. Bunun yolları var, sadəcə, Azərbaycanın xeyrinə işləyə biləcək təkliflərin bir mərkəzdə toplanmasına, müzakirəsinə və reallaşdırılmasına ehtiyac var”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"