Azərbaycanda daha 2 siyasi partiyaya ofis verilib - FOTO

11 avqust, 2021 14:32

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

Azsiyaset.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis təqdim edib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.