Moskvanın Bakıya qarşı “cavab addımı” – “Nezavisimaya qazeta”ya verilən sifarişin pərdəarxası

03 sentyabr, 2020 00:52

Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yayınlanan məqalədə iki tezis ortaya atılıb. Birincisi, guya 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var.

Türkmən əsilli suriyalı döyüşçülər bu gün elə öz vətənlərinə və Türkiyəyə lazımdırlar ki, PKK və onu törəmə təşkilatlarıyla mübarizəni davam etdirsinlər. Onları bu müqəddəs işdən ayırmaq olmaz. Bunu Moskvada da anlayırlar. Ermənistan hakimiyyəti ordusuna rəsmən muzdluları toplamağa çalışır. Bu bir dövlətin ordusunun hansı vəziyyətdə olduğunu göstərir. Görünür, erməni lobbisi və Moskvada onlara bağlı mərkəzlər “Azərbaycan da Suriyadan muzdlu toplayır” gedişi ilə bizə cavab verdiklərini zənn edirlər.

Azərbaycan Müdafiə Nazirliyi qəzetdə yazılanları təkzib edib və məqalə müəllifini sifariş yerinə yetirməkdə ittiham edib. Sifarişin elə Kremldən verildiyini aydındır. “Nezavisimaya qazeta”ya dövlət əhəmiyyətli sifarişli yazılar əsasən Kremldən ötürülür. Bunu Rusiyanın ekspert dairələrində bilməyən yoxdur. Bəs bu yazı nəyə xidmət edir?

Moskva Bakının “sərhəddəki insidentdən sonra Ermənistana nə məqsədlə 400 ton yük daşımısız” iradına “Nezavisimaya qazeta” vasitəsilə cavab verib ki, “Siz də Türkiyənin hərbi bazalarına yaşıl işıq yandırırsız”. Müdafiə Nazirliyinin bəyanatında belə bir cümlə var: “Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur”.

Həmin məqaləni yazdıran sifarişçiyə Bakının elə bu təkzibi lazım idi. Yazıdakı tezislər təkzib edilməklə yanaşı Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafının labüd olduğu da vurğulanmalıydı. Çünki bir gün Türkiyənin həqiqətən Naxçıvanda hərbi bazası formalaşarsa ki, buna bizim tam haqqımız çatır, həmin məqalənin müəllifi deyəcək ki, bunu əvvəlcədən yazıb. Məqalə müəllifi yazıda bir neçə gün əvvəl Türkiyənin Bakıdakı səfirliyi qarşısında keçirilən mitinqdə səsləndirilən “Türkiyə ordusu Azərbaycanda qal!” şüarına istinad edib. Məqalə müəllifi şübhələnib ki, bu təşkil olunmuş mitinq idi. Bəli, Azərbaycan cəmiyyətində “Türkiyə ordusu Azərbaycanda qal!” istəyini dilə gətirənlər az deyil və bunu artıq gizlətmək mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"