Rusiya cəmi 36 saata üç keçmiş sovet respublikasını tuta bilər - "The National İnterest" jurnalı

13 avqust, 2021 08:38

ABŞ-ın “The National İnterest” jurnalının ekspertləri hesab edirlər ki, Rusiya qoşunları Baltik respublikalarına hücum edib onları zəbt etmək istəsə bunun üçün cəmi 36-60 saat lazım olacaq. Və NATO Rusiyanın hücumunun qarşısını almaq üçün taktiki nüvə silahı tətbiq etsə belə Moskvanın ildırımsürətli irəliləyişini əngəlləyə bilməyəcək.

Jurnalın ekspertləri qeyd edirlər ki, Rusiya qoşunları yayğın şəkildə və sürətli hücum həyata keçirə bilər. Belə olan halda NATO məhdud nüvə zərbələrini qoşunların cəmləşmə rayonlarına deyil, mülki əhaliyə endirməli olacaq.

Məqalədə müəlliflər ABŞ-ın “RAND Corporation” təşkilatının Pentaqonla birlikdə 2019-cu ildə apardıqları araşdırmanın nəticələrinə də istinad edirlər. Həmin araşdırmada belə nəticəyə gəlinmişdi ki, Rusiya Baltik ölkələrini NATO köməyə yetişənə qədər-cəmi 3 sutka ərzində zəbt edə bilər.

Ekspertlər hesab edirlər ki, NATO Litva ilə sərhəddə yerləşdirilmiş Rusiya hava hücumundan müdafiə qüvvələrinə qarşı taktiki nüvə zərbələrindən istifadə etsə Moskva daha sərt cavab verə və alyansın Avropadakı əsas bazalarına nüvə zərbələri endirə bilər. Bu baxımdan NATO Baltik ölkələrini qorumaq üçün ancaq adi silahlara ümid etməlidir.

“Beləliklə, problem ondadır ki, NATO-nun Rusiyanın hücumunu yavaşıtmaq və ya dayandırmaq üçün adi qoşun qüvvələri çatışmayacaq. Alyansın taktiki nüvə arsenalı adi qoşun qüvvələrinin çatışmamasını kompensasiya etmir”,-məqalədə deyilir.

Məqalədə deyilir ki, NATO-nun infrastrukruru əlçatandır və Rusiyanın hətta məhdud sayda nüvə zərbələri alyansın hərbi potensialını böyük ölçüdə sıradan çıxara bilər.

Hərçənd aydın deyil ki, nəyə görə “The National İnterest” dərgisinin müəllifləri “RAND Corporation” tərəfindən iki il əvvəl aparılmış analizin nəticələrini indi gündəmə gətirirlər. Rusiyanın Baltik ölkələrini işğal etmək təhlükəsi vaxtaşırı olaraq Qərb dairələrində müzakirə olunur, Rusiyada isə bunu “fantaziya” adlandırırlar.  Lakin bu faktdır ki, Rusiya son illər Baltik regionu ətrafında qüvvələrini durmadan artırır(virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"