Xankəndidə susuz qalan ermənilər şəhəri tərk edir

13 avqust, 2021 16:30

Xankəndi şəhərində su çatışmazlığı təhlükəli həddə çatıb.

Azsiyaset.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, yay ayları üçün indiyədək görünməmiş quraqlıqla əlaqədar şəhərin 30%-i susuz qalıb.

Ərazidə su saatla verilir. Eyni zamanda, avtomobil yuma məntəqlərinin işi dayandırılıb. Şəhərdə Sovet dövründən qalan artezian quyularının yenidən istismarına başlanılıb.

Şəhər sakinlərinin çoxu Ermənistana, xüsusən Gorus və Sisiana köçür.