“İlham Əliyevin səfirlə açıq danışması...” – Tofiq Zülfüqarov

03 sentyabr, 2020 13:18

“Azərbaycan Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşmasına çalışır”. 

Azsiyasət.com xəbər verir ki, bunu yenisabah.az-a keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov ölkə başçısı İlham Əliyevin Yunanıstanın yeni səfirini qəbul edərkən səsləndiridiyi fikirləri şərh edərkən bildirib.   

Tofiq Zülfüqarlı bildirib ki, Prezident səfirlə görüşdə diplomatik praktikaya uyğun olaraq birbaşa əsas problemə toxunub.

“Etimadnamə digər ölkə başçısının bizim dövlət başçısına məktubudur. Orada qeyd edilir ki, filan şəxsi sizin ölkəyə səfir göndəririk və xahiş edirik onu qəbul edəsiniz. Bu diplomatik praktikada tətbiq edilən üsuldur. Ölkə başçısı da praktikaya uyğun olaraq birbaşa əsas problemə toxunub və Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması üçün Azərbaycanın xoşməramlı addımlar atmağa hazır olduğunu bir daha nümayiş etdirib. Azərbaycan bu məsələdə həmişə bu mövqeni tutub. Bu həm də Türkiyənin mövqeyidir. Çünki Türkiyə də problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır”, - deyə Tofiq Zülfüqarlı bildirib.

Keçmiş nazir onu da qeyd edib ki, Prezident İlham Əliyevin səfirlə açıq danışması həm də Ermənistanın bu məsələdə tutduğu avantürist mövqeyi ilə bağlıdır. “Ölkə başçısı İlham Əliyev məhz bu səbəbdən birbaşa əsas problemə keçərək Azərbaycanın mövqeyini ifadə etdi”, - deyə politoloq vurğulayıb. 

Xatırladaq ki, İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

O səfirlə söhbətində Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizində baş verən gərginliyə toxunub.

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.

Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”, - deyə ölkə başçısı bəyan edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"