Antonio Quterreş niyə "Taliban"a müraciət edib? - Gözlənilməz bəyanat

14 avqust, 2021 01:15

Antonio Quterreş "Talibanı" Əfqanıstanda hücumu dayandırmağa çağırıb.

BMT baş katibinin beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti tərəfindən terror qruplaşması kimi tanınan təşkilata müraciəti əsl sensasiyadır. Bu, dünya ictimaiyyətinin və böyük dövlətlərin "Taliban"ın Kabilə hücumunu dayandırmaq üçün imkan və resurslarının olmamasını sübüt edir.

Quterreşin fikrincə, ölkədə hakimiyyətin hərbi yolla ələ keçirilməsi Əfqanıstanın tamamilə təcrid olunmasına və vətəndaş müharibəsinə səbəb olacaq.

O, ölkədəki vəziyyətin nəzarətdən çıxdığını bildirib.