Əfqanıstandakı azərbaycanlı sülhməramlıların taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
16 avqust, 2021 00:04
"Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir".
Bu barədə Azsiyaset.com-a Müdafiə Nazirliyindən bildirilib.
"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir", - deyə məlumatda qeyd olunur