"Bu layihədən ən çox qazanan Ermənistan olacaq" - Politoloq

16 avqust, 2021 09:50

Prezident İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı növbəti dəfə Zəngəzur dəhlizinin açılmasından söz açaraq, bunun Avrasiyanın yeni nəqliyyat layihəsinə çevrilə biləcəyini söylədi. 

“Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər. Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”, - deyə Prezident müsahibəsində yenidən Zəngəzur dəhlizi məsələsinə diqqət ayırdı.

Azsiyaset.com xəbər verir ki, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli modern.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi dünyanın əhəmiyyətli logistik qovşaqlarından birinə çevrilə bilər. Onun fikrincə, Ermənistan Zəngəzur dəhlizi vasitəsilə İranla əlaqələrini genişləndirə biləcək.

"Bu dəhlizlə həm Avropa, həm də Asiya qitəsi ilə, eləcə də yaxın Şərqlə dəmir yolu xəttini qaydaya salmaq olar. Bu gün İranın Avropaya açılan qapısı ya dəniz yolu, ya da Zənguzur dəhlizi ilə mümkündür. Dəmir yolu vasitəsilə də ola bilər, ancaq bu xeyli büdcə tələb edən çətin ideadır. Biz gizlətmirik ki, iqtisadi və geostrateji maraqlarımız var.

Bəziləri hesab edir ki, bu dəhlizi yalnız Türkiyə ilə əlaqələr üçün yaradırıq. Ancaq Bakı-Tiblisi-Qars dəmir yolu ilə həm Avropaya, həm də Asiyaya açılan qapımız var. Açılacaq ikinci dəmir yolu Şərq ölkələri arasındakı iqtisadi əlaqələri gücləndirmək üçün istifadə ediləcək. Ən əsası Ermənistan üçün əlverişli imkanlar yaranacaq. Blokadadan çıxacaq, Avropa, Rusiya və Asiyaya dəmir yolu qapısı açılacaq. Bu layihədə daha çox qazanan elə Ermənistan olacaq. Zəngəzur dəhlizi vasitəsilə qardaşı İranla da əlaqələrini genişləndirəcək. İqtisadi layihəyə müqavimət göstərən bəzi dairələr artıq mövqeyini dəyişib. Dəmir yolunun açılması bütün kommunikasiyaların açılmasına ilə əlaqədardır", - deyə politoloq vurğulayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"