Rusiya Müdafiə Nazirliyi Laçın dəhlizindən gedib-gələnlərin sayını açıqladı - Azərbaycan tərəfi hansı rəqəmləri açıqlamışdı?

16 avqust, 2021 11:08

Rusiya Müdafiə Nazirliyi 2020-ci ilin noyabrından bu yana Laçın dəhlizindən gedib-gələnlərin, o cümlədən avtomobillərin sayını açıqlayıb.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Rusiya tərəfinin açıqladığı rəqəmlərə əsasən sülhməramlıların regiona yeridilməsindən bu yana Laçın dəhlizi vasitəsilə sülhməramlıların məsuliyyət zonasına aid olan Azərbaycan ərazilərinə 58 mindən artıq avtomobilin təhlükəsiz gediş-gəlişi təmin edilib. O cümlədən 210 minə yaxın adam, ərzaq və müxtəlif mallar Laçın dəhlizi ilə Qarabağa və geriyə daşınıb.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davıdov bildirib ki, hər gün müşahidə postlarından 200-ə yaxın avtomobil keçir. “Blokpost” avadanlıqları ilə təchiz edilmiş postlarda hərbi qulluqçular “döyüş hazırlığına, habelə mümkün pozuntuların və hücumların qarşısının alınmasına” dair planlaşdırılmış məşğələləri davam etdirirlər.

Qeyd edək ki, Laçın dəhlizindən nəqliyyat vasitələrinin və insanların hərəkətinə dair statistikanı Rusiya Müdafiə Nazirliyi ikinci dəfədir açıqlayır. Bundan əvvəl sülhməramlı qüvvələrin komandanlığı bir həftə ərzində Laçın dəhlizi ilə Qarabağa və geriyə 2000-ə yaxın avtomobilin gedib-gəldiyini açıqlamışdı. Və orta hesabla dəhlizdən gün ərzində 200-dən çox avtomobilin hərəkət etdiyini bildirmişdi.

Laçın dəhlizindən avtomobillərin və insanların hərəkətini Azərbaycan tərəfi də xüsusi vasitələrlər monitorinq edir. Bu günlərdə virtualaz.org bu monitorinqin nəticələrinə əsasən iyul ayı ərzində Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə Ermənistandan gələn 15 min avtomobil daxil olub. Və 21 min 100 avtomobil həmin ərazilərdən çıxıb. Yəni bu ərazilərdən çıxan avtomobillərin sayı daxil olan avtomobillərin sayından 6100 avtomobil çoxdur. Habelə göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb. Bu da Qarabağda yaşayan ermənilərin sürətli köçündən xəbər verir və gələcəyə ümidsizlik, təhlükəsizliklə bağlı narahatlıqlar onları bu torpaqlardan köçüb getməyə vadar edir.

İndi Rusiya tərəfinin təqdim etdiyi statistikaya inansaq məlum olur ki, Laçın dəhlizi ilə ay ərzində cəmi 6 minə yaxın avtomobil Qarabağa girib-çıxıb.

Rusiya tərəfinin Azərbaycanın ardınca bu statistikanı açıqlaması maraqlı məqamdır. Xatırladaq ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edərək Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə Ermənistandan silah-sursat və hərbçilərin daşındığını bildirmişdi. Bəyanatda Rusiya tərəfindən tələb olunurdu ki, bu kimi hallara son qoyulsun. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “CNN Türk” kanalına müsahibəsində Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silahların və hərbçilərin daşındığını vurğulayaraq dəfələrlə bu haqda şifahi xəbərdarlıq edildiyini, nəticə olmayanda isə rəsmi bəyanat verildiyini deyib.

Prezident eyni zamanda vurğulayıb ki, Azərbaycan tərəfi Laçın dəhlizinə həm vizual, həm xüsusi texniki vasitələrlə nəzarət edir, bu dəhlizlə nələrin daşındığını yaxşı bilir.

Azərbaycan ordusunun postlarından biri Laçın dəhlizinin bilavasitə yaxınlığında, Laçın-Xankəndi yolunun Şuşa ətrafından keçən hissəsinin üzərində yerləşir və oradan dəhlizə vizual nəzarət təmin edilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"