Araik Arutyunyan İrəvana çağırıldı - SƏBƏBLƏR

18 avqust, 2021 17:10

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının üzvləri bu gün İrəvanda olan Qarabağ separatçılarının başçısı Arayik Arutunyanla görüşüblər.

Azsiyaset.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə adı çəkilən fraksiyadan bildiriblər.

Amma Arayik Arutunyanla parlamentdə baş tutan görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib.

Digər xəbərə görə, hökumətyönlü deputatlar Qarabağdakı hazırkı vəziyyətin necə olduğunu şəxsən Arutunyandan öyrənmək istəyiblər.