"Heç kim gözləmirdi ki, 300 minlik əfqan ordusu 11 günə buxarlanacaq" - Prezident Bayden və general Milli...

19 avqust, 2021 11:37

ABŞ prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində Əfqanıstanda hökumətin ildırım sürəti ilə çöküşünü və “Taliban”ın ölkəyə nəzarəti ələ almasını əvvəlcədən görməyin mümkün olmadığını deyib.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Bayden ABŞ kəşfiyyatının da hadisələrin bu cür sürətlə inkişaf edəcəyini proqnozlaşdıra bilmədiyini vurğulayıb.

“Əfqanıstanda hakimiyyətin taliblərə keçməsinin mümkünlüyü ssenarisi belə təxminlərin üzərində qurulurdu ki, bizim təlim keçdiyimiz və təchiz etdiyimiz 300 minlik ordu dağılacaq və təslim olacaq. Hesab etmirəm ki, kimsə bunu əvvəlcədən görə bilərdi”,- Bayden bildirib.

ABŞ prezidenti qeyd edib ki, kəşfiyyatın hesabatlarında da yekdil mövqe yox idi. Kəşfiyyatın proqnozlarına görə, taliblər ən yaxşı halda 2021-ci ilin sonlarına doğru hakimiyyəti ələ ala bilərdilər.

ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli də kəşfiyyatın Pentaqona Əfqanıstan ordusunun bu cür tezliklə dağılacağını və “Taliban”a təslim olacağını proqnozlaşdıran hesabat təqdim etmədiyini deyib.

“İcazə verin mən kəşfiyyat barədə fikirlərimi deyim, çünki xəbərlərdə görürəm ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin tezliklə çökəcəyi haqda xəbərdarlıqlar edildiyi barədə iddialar var. Mən kəşfiyyat məlumatları ilə çox yaxşı tanışam və müharibədə heç nəyi əvvəlcədən görmək mümkün deyil, amma deyə bilərəm ki, 300 minlik əfqan təhlükəsizlik qüvvələrinin cəmi 11 günə, avqustun 6-dan 16-na qədər buxarlanacağı, ölkənin 34 əyalətini və paytaxtı taliblərə təslim edəcəyi barədə proqnozların yer aldığı heç bir hesabat olmayıb”,- general deyib.

General Milli bildirib ki, kəşfiyyat hadisələrin üç ssenari ilə inkişaf edə biləcəyini proqnozlaşdırmışdı. Bunlardan birinə görə, əfqan təhlükəsizlik qüvvələri və hökumətinin tezliklə çökməsi nəticəsində hakimiyyətin taliblər tərəfindən birbaşa ələ keçirilməsi, ikincisi vətəndaş müharibəsi, üçüncüsü isə məsələnin danışıqlar yolu ilə nizamlanması idi.

“Lakin “tezliklə çöküş” dedikdə burada bizim qoşunların çıxarılmasından sonrakı həftələr, aylar və hətta illər nəzərdə tutulurdu”,-Mark Milli deyib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI