Bu xəritəni ermənilər görmək istəməz - FOTO

19 avqust, 2021 13:45

Azərbaycanlı ekspert, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə axar.az-ın redaksiyasına 1987-ci ilin SSRİ Atlasında qeyd olunmuş avtomobil yollarının xəritəsini təqdim edib.

"Erməni tərəfi açıq-aşkar faktları rədd edərək, regionda avtomobil yollarının açılmasının nəzərdə tutulmadığını deyir. Aşağıda təqdim olunan SSRİ avtomobil yollarının atlasıdır. Orada Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirən “324-cü” avtomobil yolu dəqiq göstərilmişdir. Faktlarla sübüt edilir ki, İrəvanın istinad etdiyi "Ermənistanın qlobusu" aktuallığını itirib. Ermənilərə coğrafiyanı köhnə sınanmış kartlar üzrə öyrənmək lazım gələcək", - deyə Vəlizadə qeyd edib.