Mariya Zaxarova Ermənistana silah satışından danışdı
19 avqust, 2021 17:59
"Silah tədarükü Rusiyanın suveren hüququdur".
"Azsiyaset" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 19-da keçirdiyi brifinqdə bildirib.
“Bu barədə çox oxuyuruq və eşidirik. Ancaq diqqətinizi çəkmək istərdim: biz həm Ermənistan, həm də Azərbaycanla müvafiq qarşılıqlı əlaqə qurmuşuq. Bunu edərkən, bölgədə güc balansının qorunması ehtiyacını nəzərə alırıq".