ABŞ-dan Rusiyaya yeni sanksiyalar

21 avqust, 2021 00:22

ABŞ “Şimal axını 2” qaz boru xəttinin inşası ilə əlaqədar Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.

"Azsiyaset" xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ Dövlət katibi Entoni Blinkenə istinadən məlumat yayıb.

Bildirilib ki, növbəti dəfə ABŞ-ın sanksiyalarına iki nəfər Rusiya vətəndaşı olan fiziki şəxs və Rusiya bayrağı altında üzən gəmi məruz qalıb.

Blinkenin sözlərinə görə, ABŞ Almaniya və digər müttəfiqlərilə birlikdə “Şimal axını 2” layihəsinin Ukrayna, NATO və Aİ ölkələri üçün risklərini azaltmaq üzərində çalışır.