Azərbaycanı Əfqanıstandan qaçqın axını gözləyirmi?

21 avqust, 2021 17:46

Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra onminlərlə əfqan ölkəni tərk edir. Əfqan miqrantlarının əsas istiqaməti qonşu ölkələr, Türkiyə və Avropadır. Türkiyə mətbuatı günlərdir Türkiyə-İran sərhədi üzərindən gələn  qaçqın axını ilə bağlı müzakirələr aparır. Prezident Ərdoğan Əfqanıstandan ölkəyə 300 mindən çox qeyri-leqal miqrant daxil olduğunu təsdiqləyib.

90-cı illərdə Əfqanıstanda baş verən gərginlikdən sonra əfqan qaçqınlarının bir qrupu Azərbaycana da gəlmişdi. Bəs hazırda əfqan miqrantları tərəfindən Azərbaycana gəlmək üçün müraciətlər daxil olurmu?

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev virtualaz.org-a bildirib ki, Əfqanıstanda baş verən hadisələr fonunda təhlükəsizliyi ilə bağlı narahatlıq keçirən şəxslərdən bir neçə onlayn sorğu daxil olub. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın milli sığınacaq proseduru ilə bağlı  həmin şəxslərə müvafiq məsləhətlər verib.

E.Ağayevin sözlərinə görə,  Azərbaycanda ümumilikdə, 1654 nəfər qaçqın və 162 nəfər sığınacaq axtaran şəxs var. Onlardan 1226 nəfəri Əfqanıstan mənşəlidir. 1133 əfqan qaçqındır,  93 nəfər isə sığınacaq axtarır. Əfqan qaçqınlarının əksəriyyəti Bakıda və paytaxta yaxın ərazilərdə yaşayır.

Bakıda daha əvvəl məskunlaşmış əfqanlar

“Əfqanıstan və digər ölkələrdən olan qaçqınların səhiyyə, məşğulluq və təhsil kimi əsas xidmətlərə çıxışı var. Lakin onların hələ də Azərbaycanda heç bir rəsmi hüquqi statusu yoxdur”,-müsahibimiz deyib. Bildirib ki, Azərbaycanın sığınacaqla bağlı qanunvericiliyində sığınacaq üçün edilən müraciətlərinin sayının məhdudlaşdırılması ilə bağlı heç bir müddəa yoxdur.

Dövlət Miqrasiya Xidmətindən isə haqqin.az-a bildiriblər ki, Əfqanıstanda baş verən son hadisələrdən sonra qaçqın statusu ilə bağlı DMX-yə müraciət daxil olmayıb.

“Dövlət Miqrasiya Xidməti tərəfindən Əfqanıstandan olan 9 ərizəçiyə qaçqın statusu verilib. Onların əksəriyyəti Bakıda, bir neçəsi isə Azərbaycanın müxtəlif rayon və qəsəbələrində məskunlaşıb. Əfqan qaçqınlar əsasən tikinti və xidmət sektorunda çalışırlar”,-Dövlət Miqrasiya Xidmətindən belə deyiblər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov isə bildirib ki, əfqan qaçqınları əsasən Türkiyə və Avropaya üz tutur. Bununla belə, müəyyən bir qrupun Azərbaycana gəlmə ehtimalları da qalmaqdadır: “Taliban hərəkatı geniş vüsət alan dövrlərdə hərbi əməliyyatlar keçirilən zaman Əfqanıstandan təxminən bir  milyon yarım qaçqın İrana sığınmışdı. Sonrakı illərdə Taliban və digər hərbi birləşmələr geri otuzduruldu, əfqan qaçqınlarının çoxu da geri qayıtdı. Amma müəyyən bir qismi İranda qaldı, onların arasında Avropaya gedib sığınacaq alanlar oldu. Əfqan qaçqınlar Azərbaycana da gəlmişdilər”.

Azər Allahverənov

Həmin ərəfədə Azərbaycana gələn əfqan miqrantların sayı təxminən min nəfərə yaxın olub. A.Allahverənov bildirib ki,  onların arasında beynəlxalq təşkilatların köməyi ilə üçüncü ölkələrə gedirlər də var.

“İrana, o cümlədən Əfqanıstanla sərhəd olan digər ölkələrə gəlib sığınacaq axtaran şəxslərin sayında kəskin artım müşahidə ediləcək. Son məlumatlardan bəlli olur ki, yüzlərlə insan Özbəkistan sərhəddini qeyri-qanuni keçərək ölkə ərazisinə daxil olub. Amma buna baxmayaraq Özbəkistanın sərhəd qoşunları, hərbi qurumları sərhəd üzərində nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirməkdədirlər. Tacikistanda da sərhəd ərazilər mühafizə olunur. Bəlli məsələdir, qaçqınları qəbul etmək imkanında və ya  bunda maraqlı olmayan dövlətlər sərhədlərini açıq saxlayaraq qaçqın axınını yönləndirə bilərlər. Yəni belə bir təhlükə də var”,-müsahibimiz qeyd edib.

Allahverənov deyib ki, Türkiyədə hazırda Suriya və hərbi əməliyyatların getdiyi digər ölkələrdən qaçqın və sığınacaq axtaran 5 milyona yaxın şəxs var. Bu baxımdan Türkiyə üçün kifayət qədər çox sayda  əfqan qaçqınlarının yerləşdirilməsi çətin olacaq. Nəticədə  əfqanların böyük qismi Avropa ölkələrinə gedəcək, amma az sayda olsa da digər ölkələrə üz tutacaqlar. Bu ölkələrin sırasında Azərbaycan da ola bilər(virtualaz.org).

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI