Özbəklərlə ermənilər arasında nə baş verir? - Moskvada kütləvi dava...

22 avqust, 2021 00:10

Moskvada təxminən 20 nəfər inşaatçı-miqrantın iştirakı ilə kütləvi dava olub. REN TV-nin yaydığı məlumata görə, Özbəkistan və Ermənistan vətəndaşları saxlanılıb.

Məlumata görə, münaqişə cümə günü gecə “Nekrasovka” metro stansiyası yaxınlığındakı Mareseva küçəsindəki tikinti sahəsində baş verib.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yeddi Özbəkistan və iki Ermənistan vətəndaşını vəziyyətin aydınlaşdırılmasına qədər saxlayıblar. Polis yoxlamalar aparıb, davanın səbəbləri araşdırılır.