Fransada 175 mindən çox insan etiraza qalxdı - SƏBƏBLƏR

22 avqust, 2021 00:16

Fransa hökumətinin koronavirusla bağlı tətbiq etdiyi məhdudiyyətlərə qarşı etirazlar davam edir.

"Azsiyaset" xəbər verir ki, bu gün keçirilən eitraz aksiyasına 175 mindən çox insan qoşulub.

Aksiyalar Paris, Marsel, Lion kimi böyük şəhərlərdə keçirilib. Bəzi ərazilərdə təşkil olunan etirazlar zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nümayişlər nəticəsində 20 etirazçı saxlanılıb.

Bundan əvvəl keçirilən aksiyalarda 230 mindən çox insanın iştirak etdiyi qeyd olunub.