Pənah Hüseyn Elçibəyin DTK-ya verdiyi ifadəsini yaydı - MƏTN

22 avqust, 2021 10:56

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn eks-prezident Əbülfəz Elçibəyin vaxtilə Dövlət Təhlükəsizlik Komitəsinə verdiyi ifadəni ictimai olaraq paylaşıb.

Azsiyaset” xəbər verir ki, o həmin ifadənin 26-28 yanvar 1975-ci ildə yazıldığını qeyd edib. Həmin ifadəni təqdim edirik:

“1970- ci ildən etibarən müxtəlif yerlərdə bildirmişəm, göstərmişəm, demişəm ki:

...SSRİ- də yaşayan xalqlar müxtəlif şəkillərdə assimlyasiyaya uğrayırlar. Əsasən ruslaşan daha daha çox olur. Bu azərbaycanlıların bir qisminə də aiddir. Bu assimlayasiya müxtəlif yollarla gedir. Azərbaycan SSR - də bir sıra idarələrdə (xüsusən Bakı və iri şəhərlərdə) yüksək səviyyəli keçən iclas, yığncaq və diplomatik danışıqlarda, xarici qonaqların qəbulu zamanı Azərbaycanda azərbaycan dili əvəzinə rus dilindən istifadə edilməsi, rus dilini bilməyən şəxsin yüksək vəzifələrə qoyulmaması, hətta bəzi yerlərdə rus dilində danışmağın tələb edilməsi mənə çox mənfi, qıcıqlandırıcı, əsəbiləşdirici təsir göstərir. 

Rus dili azərbaycan diliniu sıxışdırmaq, onun yerini tutmaq istəyir və buna çalışan, kömək göstərən adamlar da var. Rus dili zorla tətbiq edilir. Dil milləti müəyyənləşdirən amillərdən biridir. Əgər Azərbaycan dili sıxışdırılıb aradan çıxarılarsa və Azərbaycanlıların indiki ərazisi bütov deyilsə (yəni ərazi birliyi yoxdursa) deməli azərbaycanlılar bir millət kimi təşəkkül tapmayacaq, əksinə, öz əlamətlərini itirəndən sonra özü də yox olmağa başlayacaq. Azərbaycanlılar, ümumiyyətlə bütün millətlərdən olanlar ilk təhsillərini yalnız öz dillərində almalı, sonra, yəni ikinci, üçüncü dərəcəli dillər kimi kimi başqa dilləri öyrənməlidir. Öz dilini öyrənməyənlər, öz milli mədəniyyətlərini dərindən bilmir, onu duymur, sevə bilmir, və s.... 

...Bir sıra əsərlərə, tarixi sənədlərə görə XIX əsrə qədər ruslar əsasən yarıvəhşi halında yaşayır, əksər əhali hamam hə olduğunu bilmir, yaz yay vaxtları ancaq gölməçələrdə çimirdilər. Rusiya o qədər geri qalmışdı, rus kəndlisi bir qul səviyyəsində idi, onu satır, öldürürdülər və s. 

Ancaq Şərqdə belə deyildi. Buna baxmayaraq, bir sıra müasir tarixçilər Rusiyanın keçmişini tərifləyir, onun mədəniyyətini şişirdir, Leninin göstərdiyi mədəni Rusiyanı həddən artıq böyüdüb, Leninin göstərdiyi mürtəce Rusiyanın üstündən ötəri keçməyə çalışırlar. Orta məktəbin “SSRİ Tarixi “ dərsliyi 80- 90 faiz rus xalqının tariixinə həsr edilib, başqa xalqıarın zəngin tarixi çox zəif işıqlandırılır ki, bu da heç işıqlandırmamağa bərabərdir...

...Məndə Azərbaycanı birləşdirmək fikri qüvvətlə baş qaldırmışdır. Cənubi Azərbaycan məsələsinə hökumətimiz nə üçün fikir vermir? Bununla niyə dərindən maraqlanmır? Məndə belə qənaət yaranıb ki. nə Cənubi Azərbaycanda, nə də sovet Azərbaycanında xalqın böyük əksəriyəti bu məsələyə fikir vermədiyi üçün də bu barədə irəliləyiş olmur. Onun üçün gərək gənclərimiz düşünsün və buna yolar axtarsın. Daha doğrusu bunu xalq etməlidir və bu azərbaycan xalqının daxili işi kimi olmalı, Şimali Azərbaycan SSRİ- nin, Cənubi Azərbaycan İranın tərkibindən ayrılb müstəqil bir dövlət halında birləşməlidir. Bu dövlət tərəfindən deyil xalq tərəfindən həll edilmə yolu ilə mümkündür. Bu işdə ağırlıq Sovet ittifaqından daha çox Azərbaycan SSR hökumətinin daha əsas rol oynamalı olacağını düşünürəm... 

...Turan dövləti fikri də məni məşğul edir. Türkdili şərq xalqları birləşib bir Turan dövləti yarada bilər. Onun da mərkəzi Azərbaycan olmalıdır.

...Azərbycanda əhalinin çox zəhmət çəkməsi, ağır işıərdə çalışması, ancaq yaşayış səviyyəsinin hələ də aşağı olması göstərir ki, bu adamlar istismar olunurlar. Xüsusən pambıqçılıq rayonlarında ələyrilik, kolxozçuların əmək haqqının mənimsənilməsi mənə çox çox təsir edir. İdarəçilk orqanları bunlara əhəmiyət vermir, pambıq planı doldumu, demək qalan işlərə nəzarət etmə bir o qədər də vacib deyil mövqeyi tuturlar, əhalinin həyatı ilə maraqlanmırlar...”

P. Hüseyn qeyd edib ki, Ə. Elçibəyin bu ideyaları, fikirləri düşündüyü, yazdığı, göstərdiyi, bildirdiyi, dediyi, təbliğ etdiyi, bu ideyaları həyata keçirmək üçün təşkilat qurmağa çalışdığı 1970- ci ciillərin əvvəlində onun 32 -36 yaşı vardı. Hələ dünyanın əhəmiyyətli hissəsi kommunizmin qırmızı qaranlığı içində idi. SSRİ imperiyası genişlənməkdə, öz təsirini yeni- yeni fəthlərlə yaymaqda davam edirdi. Rusdilli çoxmillətli sovet xalqının formalaşması şübhə doğurmurdu. 

Mənim o vaxt 13- 17 yaşım vardı. 14 yaşımda yazdığım “Mənim arzum” adlı “şer” də deyirdim. “..Mənim arzum oraq cəkic nişanlı qırmızı bayraqların bütün yer kürəsinə sancıldığın görməkdir, mənim arzum arzumu həyata keçirməkdir...” 

Dərd çəkirdim ki, bir neçə il keçəcək və bizim dünyamızda kommunist inqilabı etməyə yer qalmayacaq. Bunun üçün uzaq kosmosa uçmaq lazım gələcək, buna hazırlaşmaq lazımdır. Və 1974- cü ildə orta məktəbdə 10-cu sinifdə oxuya-oxuya Vyetnamda Amerika imperializminə qarşı döyüşmək üçün ərizə yazdım... 

Dünya belə dünya idi, mühit belə mühit idi və o dövrdə yaşamayıb, o dövr haqqında təsəvvürü olmayanlar üçün deyim ki, mənim kimilər yüz milyonlarla idi... 

Və hisslərdə, duyğularda, şüurlarda, əməllərdə bu qırmızı qaranlığı əridəcək, aydınladacaq, bütöv bir nəsli, bütöv bir milləti, milyonlarla insanı milli idellar uğrinda, müstəqil, bütöv, böyük Azərbaycan uğrunda, Haqq, Ədalət, Azadlıq uğrunda qoşduracaq Elçibəy günəşi parladı! Elçibəy inqilabı başladı!”.

Qeyd edək ki bu gün Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. O, 2000-ci il, avqustun 22-də dünyasını dəyişib.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"