Türklər ərəb adı altında Ermənistanda ev alır - Ermənilərin iddiası...
23 avqust, 2021 00:31
Yerli sakinlərin dediyinə görə, inanılmaz dərəcədə yüksək qiymətlərlə Ermənistanın tanınmış turizm şəhəri olan Aparana gələn əcnəbilər burada daşınmaz əmlak alır.
Azsiyaset.com 5-ci kanala istinadən xəbər verir ki, sakinlər şəhərlərində görünən insanların əslən etnik türk olduqlarından şübhələnirlər.
Qeyd edək ki, Aparan yaşayış massivi İrəvandan 59 km şimal-qərbdə və Spitak dəmir yolu stansiyasından 42 km cənub-şərqdə yerləşir. İrəvan-Spitak magistral yolu Aparandan keçir.
Burada yerin təkindən çıxan su müalicəvi “Aparan” bulağı kimi də məhşurdur.