Zelenski Rusiyanı "Krım platforması"ında iştiraka dəvət etdi

23 avqust, 2021 19:20

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı “Krım platforması” zirvəsində iştiraka dəvət edib.

“RİA Novosti”, bu barədə Ukrayna dövlət başçısı “Krım platforması”nın təsis görüşündə bildirib.

Qeyd edək ki, “Krım platforması” Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Bu gün “Krım platforması”nın zirvəsində ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunub.