Xankəndi nə vaxt Azərbaycana veriləcək? - "Onlar ya məhv edilməli, ya da..."

24 avqust, 2021 12:42

2020-ci il noyabrın 10-da Prezident İlham Əliyevin xalqa müraciəti nəticəsində 44 günlük Vətən müharibəsi başa çatdı. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan müharibəni davam etdirmə gücündə olmadıqlarını bildirərək kapitulyasiya aktını imzaladı. 

Həmin günədək rəşadətli Azərbaycan Ordusu hərbi gücü ilə artıq Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Şuşanı düşməndən azad etmişdi. Ağdam, Laçın, Kəlbəcər isə imzalanan üçtərəfli sazişə əsasən Azərbaycana qaytarıldı. 

İndi cəmiyyəti bir sual düşündürür? Dünya tərəfindən rəsmi olaraq Azərbaycan ərazisi kimi tanınan Xankəndi, Xocalı, Xocavənd nə zaman Azərbaycanın nəzarətinə keçəcək? Hazırda həmin ərazilər rus sülhməramlılarının nəzarətində hesab olunur. Lakin görünən odur ki, onlar vəziyyətə tam nəzarət edə bilmir və yaxud da bilərəkdən üçtərəfli bəyanata zidd olaraq addımlar atırlar.

Azsiyaset.com xəbər verir ki, mövzu barədə fikirlərini yenisabah.az-la bölüşən Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov qeyd edib ki, bütün ərazilərimizi işğalçılardan, separatçılardan, cinayətkarlardan təmizləyəcəyik:

“Biz buna nə göz yumacağıq, nə dözəcəyik, nə də səbr edəcəyik. 2020-ci 10 noyabr sazişinə əsasən, bu məsələni sülhməramlı missiyasını boynuna götürən Rusiya həyata keçirməli idi. Yəni Azərbaycan ərazisində olan bütün qeyri-qanuni silahlı birləşmələri çıxarmalı idi. 

Ancaq həmin razılaşmadan 9 aydan çox vaxt keçib. Rusiya sülhməramlıları bu işi görmək əvəzinə, ermənilərin Qarabağda qalıb daha da möhkəmlənməsinə, dirçəlməsinə köməklik göstərir, onlara himayədarlıq edir. 

Mən bunu dəfələrlə demişəm. Separatçılara silah-sursat, yanacaq, ərzaq və digər təminatların gətirilməsi üçün yeganə yol Laçın dəhlizidir. Laçın dəhlizi isə müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşmiş sülhməramlıların nəzarətindədir. Demək, sülhməramlılar bir növ bunların orada qalıb fəaliyyət göstərməsinə havadarlıq edirlər”.

Millət vəkili Azərbaycanın antiterror əməliyyatına başlamalı olduğunu vurğulayıb:

“Azərbaycan qanunları ilə cinayətkar elan olunub axtarışa verilmiş Arayik, Balasanyan, Sarkisyan, Köçəryan kimi canilər, hərbi qatillər sərbəst hərəkət edirlər. Azərbaycan artıq öz ərazisində belə qeyri-qanuni cinayətkar separatçı qurumun və ona aid olan şeylərin qalmasına dözməyəcək. Bunun üçün biz həm öz Konstitusiyamıza, həm də beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə əsaslanıb ərazimizdə antiterror əməliyyatlarına başlamalıyıq, onlar ya çıxıb getməlidirlər, ya da məhv olmalıdırlar. 

Başqa bir fikir ola bilməz. Hamımız bunu səbrsizliklə gözləyirik, mən də bir Xocalı sakini kimi doğma yurd-yuvama qayıtmaq istəyirəm. Bütün xocalılılar, xankəndililər, ağdərəlilər, xocavəndlilər bu arzudadır. Bunun üçün də ərazimiz düşməndən təmizlənməlidir. Əgər sülhməramlılar bunu etmirsə, düşmən də könüllü olaraq fikrindən əl çəkmirsə, biz ləngimədən öz işimizi görməli, hərbi gücümüzdən istifadə etməliyik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"