"Türk əsgərinin burada qalmasını istəmirik" - "Taliban"

25 avqust, 2021 00:57

31 avqusta qədər bütün xarici qüvvələrin Kabildən təxliyəsini istəyirik.

Azsiyaset.com xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabiulla Mücahid deyib.

“Kabil aeroportunda Türkiyə əsgərinə ehtiyac yoxdur, oranı özümüz qoruyacağıq. Türkiyə ilə müsbət əlaqələr qurulmasını istəyirik, fəqət əsgərlərinin burada qalmasını istəmirik”, - deyə Mücahid bildirib.