Marşal İnstitutu Azərbaycana 10 baş minaaxtaran it təhvil verib

25 avqust, 2021 01:07

ABŞ-ın Marşal İrsi İnstitutu  avqustun 23-də Azərbaycana 10 baş minaaxataran it təhvil verib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır.  

Həmin mənbəyə görə, avqustun 26 -da Marshall İnstitutunun prezidenti Perry Baltimorun Bakıya səfəri gözlənilir və o, ANAMA rəhbəri Vüqar Süleymanovla anlaşma memorandumu imzalayacaq və Füzuli bölgəsinə səfər edəcək.