"Elmlər Akademiyası"nın pəncərələrinə 5 milyon xərclənəcək

25 avqust, 2021 11:15

"Bakı Metropoliteni" QSC “Elmlər Akademiyası” stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Azsiyaset.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex" MMC-dir.

Qeyd edək ki, qalib şirkətə 5 milyon 355,3 min manat ödəniləcək.