Ermənistan parlamentində yenə dava düşdü - İclas ikinci dəfə dayandırıldı

25 avqust, 2021 14:46

Ermənistan parlamentində deputatlar arasında yenə dava düşüb. “Sputnik-Armenia” xəbər verir ki, dava zamanı sərt söyüşlər eşidilirdi.

Qeyd olunur ki, budəfəki dava bu dəfə iqtisadi məsələlər komissiyasının rəhbəri, “Hayastan” blokunun deputatı Vahe Akopyanın çıxışı zamanı baş verib.

Çıxış zamanı hakim partiyanı təmsil edən deputat Akopyana sual verib. Akopyan cavab verib və kürsüdən ayrılaraq "Mülki Müqavilə" fraksiyasına doğru getməyə başlayıb. Əvvəlcə sözlü atışması baş verib, sonra isə yumruqlar işə düşüb. Deputatlardan biri Akopyana təpik vurub.

Parlamentin spikeri Alen Simonyan dərhal sessiyanı dayandırıb. Qeyd edək ki, bu, gün ərzində artıq ikinci dəfə baş verib. Bundan sonra da mübahisə davam edib.

***

Ermənistan parlamentində artıq ikinci gündür ki, müzakirələr müxalifətlə hakim partiyadan olan deputatlar arasında əlbəyaxa çəkişmə və qarşılıqlı təhqirlərlə müşaiyət olunur. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Ayk Sərkisyan müxalif “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanı korrupsiyada ittiham edib. “Sizin vaxtınızda kim istəsə pulunu verib ordudan yayınırdı” deyib. Buna cavab olaraq Seyran Ohanyan Ayk Sərkisyana tərəf su butulkası atıb.

Qeyd: Ayk Sarkisyan ölkədə 2018-ci ildə baş verən inqilab zamanı "butulka daşıyan" ləqəbini alıb. O, həmin vaxtlar indiki baş nazir Nikol Paşinyan üçün su butulkasını daşıyırdı.

Dərhal iqtidardan və müxalifətdən olan başqa deputatlar da butulkalara əl atıblar və parlamentdə əsl butulka davası başlayıb. Ara qarışıb və baş nazir Nikol Paşinyanın qaynı, “Vətəndaş müqaviləsi” partiyasından deputat Qraçya Akopyan da müxalifətçi deputatların üstünə hücum çəkib. Bu vaxt mühafizə xidməti Akopyanı da zorla zaldan çıxarıb.

“Meydan” (“Qraparak”) qəzetinin müxbiri bu səhnəni telefonla çəkəndə Akopyan onun ünvanına küçə söyüşü söyüb.

Daha sonra Paşinyanın qaynı bildirib ki, Seyran Ohanyanın deputat Ayk Sərkisyana butulka atmasına görə özündən çıxıb: “Seyran Ohanyan butulkanı götürdü və Ayk Sərkisyana tərəf atdı. Sonra da bütün bunlar oldu. Bilin ki, bu müxalifətçilər kimlərdir”. Qraçya Akopyan Ayk Sərkisyanın dediklərini təsdiqləyib və bildirib ki, keçmiş müdafiə nazirinin vaxtında orduda korrupsiya baş alıb gedirdi. Paşinyanın qaynı onu “vətən xaini” adlandırıb.

Akopyan zaldan niyə çıxarıldığı haqda suala cavabında deyib: “Bilmirəm, mən hirsimdən özümdəm çıxmışdım”.

Çox keçmədən parlamentdə ara yenidən qarışıb. Bu dəfə “Ermənistan” blokundan deputat Vaqe Akopyanın çıxışı zamanı hakim partiyadan kimsə ona atmaca atıb, nəticədə əvvəl qarşılıqlı təhqirlər yağdırılıb, ardınca əlbəyaxa çəkişmə başlayıb. Bu dəqiqələrdə Ermənistan parlamentində gərginlik davam edir, baş nazir Nikol Paşinyan isə zalda yoxdur. “O, həmişəki kimi aradan çıxdı”,-müxalifətçilərdən biri atmaca atıb.

Xatırladaq ki, ötən gün müxalif deputatlardan biri Paşinyan hökumətin proqramını təqdim edərkən onu “kapitulyant” adlandırmışdı. Bundan sonra spiker həmin deputatı zaldan çıxarmağı tapşırıb və nəticədə qarşıdurma yaranıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"