Bu necə olur ki, yoluxanların 60 faizi peyvənd olunanlardır: İsrail paradoksu - İzah tapıldı

27 avqust, 2021 22:08

Dünyada koronavirusa qarşı ən uğurlu peyvəndləmə kampaniyası aparan ölkələrdən olan İsraildə yoluxmaların yeni və sayca dördüncü dalğası baş qaldırıb. Əhalinin 60 faizə yaxınının koronavirusa qarşı ən effektiv peyvəndlərdən olan “Biontech/Pfizer” lə peyvəndləndiyi ölkədə yoluxmaların yenidən artması hazırda mütəxəssisləri düşündürən və narahat edən mövzudur. Çünki bu vəziyyət virusun “delta” ştammına qarşı peyvəndlərin işə yaramadığı haqda qənaət formalaşdırır.

Bəs əslində necədir?

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, “Focus” jurnalı bu suala cavab axtarıb. Belə qənaətə gəlib ki, əslində məsələ heç də ilk baxışdan göründüyü kimi deyil.

“Dünya bir daha və bir daha İsrailə baxır-bu ölkə koronavirusla gələcək mübarizədə nümunə olmalıydı. Çünki burada “turbovaksinasiya” həyata keçirmişdilər və ölkə əhalisinin əksəriyyətini istənilən başqa ölkədən tez peyvəndləmişdilər. Nəticədə karantin rejimini ləğv etmişdilər. Lakin indi ümidlər öləziyir. İsrailin indiki göstəriciləri həyəcana səbəb olur. Rəsmi məlumatlar göstərir ki, avqustun 15-də koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin 60 faizə yaxını peyvənd olunanlardır. Paradoksaldır ki, peyvəndləmə baxımından nümunəvi ölkə bu vəziyyətlə qarşılaşıb. Lakin detallara nəzər salanda ziddiyyət aradan qalxır”,-nəşr yazır.

Koronavirusa yoluxma İsraildə iyunun əvvəllərindən yenidən artmağa başlayıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 25-nə qədər xəstəxanalarda ağır vəziyyətdə olan xəstələrin sayı cəmi 603 nəfərdir. Bu da mart ayından bəri ən yüksək göstəricidir. Bu da belə qənaət yaradır ki, peyvənd ağırlaşmaların və ölüm hallarının qarşısını almaq vəzifəsinin öhdəsindən gələ bilmir. Amma problem əslində başqadır.

“Bir çoxları bu məlumatlardan narahat olublar ki, İsraildə xəstəxanaya yerləşdirilənlərin yarıdan çoxu peyvənd olunanlardır. Və hesab edirlər ki, deməli peyvənd işləmir”,-ABŞ-ın Pensilvaniya Universiteti yanında Perelman Tibb Məktəbinin biostatistika professoru Ceffri Morris yazır.  “Der Spiegel” dərgisi yazır ki, professorun analizləri tamam əks vəziyyəti ortaya çıxarır.

“Birincisi, ölkədə peyvəndləmə səviyyəsi nə qədər yüksəkdirsə xəstəxanalardakı pasiyentlərin arasında peyvənd olunanların payı da o qədər yüksəkdir. İndi İsraildə peyvənd olunanların sayı olunmayanlardan çoxdur. İkincisi, peyvəndin effekti yaş amilindən və başqa xəstəliklərin olub-olmamasından asılıdır. İsraildə istifadə olunan “Pfizer” vaksini yüksək effektivliyə malikdir. Lakin elə əhali qrupları var ki, daha az immunitet qazanır, məsələn, yaşlılar, müəyyən immun xəstəlikləri olanlar...”,-məqalədə bildirilir.

Professor Morrisin apardığı analizlər bunu ortaya çıxarıb ki, İsraildə peyvənd olunanların  xəstəxanaya düşməsi olunmayanlardan 67.5 faiz aşağıdır. Yəni peyvənd xəstəxanaya düşmək riskini azaldır və “Pfizer” koronavirusun “delta” variantına qarşı çox yaxşı işləyir.

İsraillə bağlı ziddiyyətli görünən vəziyyətin izahlarından biri də budur ki, ölkədə əhalinin 60 faizdən bir qədər artığı peyvənd olunub, kollektiv immunitet üçün isə mütəxəssislər azı 85 faiz əhalinin peyvənd olunmasının zəruriliyini bildirir. “Focus” yazır ki, peyvəndləmə sahəsində digər qabaqcıl ölkə Almaniyada da analoji vəziyyət hökm sürür. Bu ölkədə əhalinin 59 faizə yaxınına peyvənd vurulub və xəstəxanalara yerləşdirilən pasiyentlər arasında 40-49 yaşında olanların sayı artır. Və xəstəxanalarda olan koronaviruslu pasiyentlərin əksəriyyəti peyvənd olunmayanlardır...

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI